/ / Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri “France 2” telekanalının “İslam Azərbaycanda” verilişinin çəkiliş qrupunun üzvlərinə müsahibə verib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri “France 2” telekanalının “İslam Azərbaycanda” verilişinin çəkiliş qrupunun üzvlərinə müsahibə verib
13.11.2019 [09:36]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı noyabrın 12-də Heydər Əliyev Fondunun dəvəti ilə ölkəmizdə səfərdə olan “France 2” telekanalının “İslam Azərbaycanda” verilişinin çəkiliş qrupunun üzvlərinə müsahibə verib.
DQİDK sədri müsahibəsində Komitənin fəaliyyət istiqamətlərinə toxunub, dövlət-din münasibətləri modeli, dini durum haqqında ətraflı məlumat verib, 35-i qeyri-islam olmaqla 942 dini icmanın dövlət qeydiyyatına alındığını bildirib. O qeyd edib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Mübariz Qurbanlı eyni zamanda, Azərbaycanda mövcud olan multikulturalizm ənənələri, dinlərarası tolerantlıq və harmoniya haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu məkan olub və burada ölkəmizin coğrafi mövqeyi, əhalisinin polietnikliyi kimi amillər böyük rol oynayıb. Tarixin ayrı-ayrı dönəmlərində ölkəmizdə bütpərəstlik, zərdüştiliklə bərabər, yəhudilik, xristianlıq və islam kimi səmavi dinlərin nümayəndələri bir-birinə təsir göstərmədən, birgə yanaşı yaşayıblar. Eyni zamanda, Azərbaycan ərazisi bütün dövrlərdə dini ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynayıb.
Azərbaycan əhalisinin 96 faizinin müsəlmanlar olduğunu qeyd edən Komitə sədri dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında danışıb.
M.Qurbanlı vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində ölkəmiz tolerantlıq, multikulturalizm və dini maarifləndirmə ilə bağlı regional və beynəlxalq konfransların, yüksək səviyyəli forumların keçirildiyi əsas məkana çevrilib. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət dünya ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir və yüksək qiymətləndirilir.
“France 2” telekanalının çəkiliş qrupunun üzvü Boualem Guerıtlı müsahibəyə görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirərək ölkəmizə səfərlərinin məqsədindən danışıb. O qeyd edib ki, səfərdə olacaqları 10-29 noyabr tarixləri arasında Azərbaycanda mövcud olan dini konfessiya rəhbərləri ilə görüşlər keçirəcək, noyabrın 14-15-i tarixlərində Bakıda baş tutacaq Dünya dini liderlərinin II Bakı Sammitində, müxtəlif məscid, kilsə və sinaqoqlarda çəkiliş aparacaqlar.
Boualem Guerıtlı “İslam Azərbaycanda” verilişinin çəkilməsində məqsədin Azərbaycanda mövcud olan nümunəvi dövlət-din münasibətlərini, birgəyaşayış, multikulturalizm və tolerantlıq ənənələrini dünyaya nümayiş etdirmək olduğunu vurğulayıb.
Sonda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında nəşr etdirdiyi kitablar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

