/ / Akademik Nizami Cəfərov haqqında biblioqrafiya kitabının və elektron məlumat bazasının təqdimatı olub
Akademik Nizami Cəfərov haqqında biblioqrafiya kitabının və elektron məlumat bazasının təqdimatı olub
02.11.2019 [09:50]
Noyabrın 1-də Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Nizami Cəfərov. Biblioqrafiya” kitabının və “Nizami Cəfərov - 60” elektron məlumat bazasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Nizami Cəfərov. Biblioqrafiya” kitabı 1980-2019-cu illərə aid materialları əhatə edir. Biblioqrafiyada alimin kitabları, dövri mətbuatda, məcmuələrdə dərc olunmuş əsərləri, redaktə etdiyi və ön söz yazdığı kitablar, elmi məsləhətçisi, elmi rəhbəri, opponenti olduğu elmi işlər, habelə görkəmli alimin həyat və yaradıcılığı haqqında materiallar öz əksini tapıb. Kitab ümumilikdə 2300-dən artıq materialı əhatə edir. Biblioqrafiyada Nizami Cəfərovun dünya milli kitabxanalarında və universitet kitabxanalarında mühafizə olunan əsərləri də yer alıb.
Təqdimat mərasimini giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Nizami Cəfərovun zəngin elmi yaradıcılığından, dilçilik və ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən söhbət açıb. Bildirib ki, akademik Nizami Cəfərov Azərbaycan Respublikasının ictimai-siyasi həyatındakı fəal iştirakına və elmin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.
“Nizami Cəfərov. Biblioqrafiya” kitabında alimin zəngin yaradıcılığı haqqında geniş məlumat toplandığını qeyd edən professor Kərim Tahirov nəşrin tədqiqatçılar, kitabxanaçılar, tələbələr, ümumiyyətlə, geniş oxucu üçün nəzərdə tutulduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, akademikin həyat və yaradıcılığı ilə daha geniş kütlənin tanış olması üçün “Nizami Cəfərov - 60” elektron məlumat bazası da hazırlanıb.
Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək akademik Nizami Cəfərovun əsərlərinin qeyri-standartlığı, orijinal üslubu, yüksək peşəkarlığı ilə seçilən yaradıcı alim olduğunu söyləyib. Bildirib ki, Azərbaycanda dilçilik elmi ilə yanaşı, ədəbiyyatşünaslıq məsələləri ilə məşğul olan alim zəngin yaradıcılığa malikdir. Milli Kitabxana tərəfindən hazırlanmış biblioqrafiya akademikin yaradıcılığına verilmiş dəyərli töhfədir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qeyd edib ki, Nizami Cəfərov Azərbaycan ədəbi prosesinin önündə gedir, onun aparıcı qüvvələrindən biridir. O, ədəbi prosesin fəal iştirakçılarının dərc olunan hər hansı əsərində müəyyən bir irəliləyiş, mütərəqqi düşüncə görürsə, dərhal mətbuatda ona öz müsbət münasibətini bildirir, müəllifi daha böyük uğurlara ruhlandırır.
Xalq şairi Nəriman Həsənzadə Nizami Cəfərovun tələbəlik dövründən fəal, zəhmətkeş olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan dilçilik elmi ailəsi və türk dünyası elmi mühiti Nizami Cəfərovu müasir Azərbaycan dili, ədəbi dil tarixi, türkologiya və ümumi dilçilik üzrə görkəmli alim-mütəxəssis kimi qəbul edir.
Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud akademikin dilçilik və filologiya elminin nəzəri və praktik sahəsindəki xidmətlərindən, dil və ədəbiyyatın tədrisinə, klassik və müasir milli ədəbi prosesin tədqiqinə verdiyi töhfələrdən söhbət açıb. Bildirib ki, Nizami Cəfərov milli ədəbi fikrin keşiyində duran fədakar alim, vicdanlı vətəndaş, fikrini sərbəst ifadə edən səmimi siyasi xadimdir.
Afaq Məsud Nizami Cəfərovun Azərbaycan ədəbi tənqid tarixinin parlaq yetirməsi, bu tarixi mütərəqqi fikir və ideyalarla qurub-yaratmış, onun formalaşması və inkişafında əvəzsiz xidmətlər göstərmiş böyük alimlər pleyadasının layiqli davamçısı olduğunu bildirib. Vurğulayıb ki, Nizami Cəfərov fikir müstəvisini bədii sözə sevgi və sədaqətlə zənginləşdirən, milli ədəbiyyatın yönləndirilməsi və dəyərləndirilməsi ənənəsini müstəsna baxışları, əsərə, ədəbi mətnə yeni, fərdi yanaşması ilə təzələyən novator alimdir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Misir Mərdanov çıxışında Nizami Cəfərovu ədəbiyyatşünaslıq elmimizə dəyərli töhfə verən, müasir ədəbi prosesin istiqamətlənməsində xidmətləri olan alim kimi qiymətləndirib.
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Nizami Cəfərovu bir müəllim, pedaqoq kimi dəyərləndirib.
“Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan qeyd edib ki, Nizami Cəfərov XX əsrdə ədəbiyyatşünaslıqla dilçiliyi birləşdirən alimlər sırasında öz dəstxəti ilə seçilir. O, gənc tədqiqatçıların elmi təfəkkürünün formalaşmasına da təsir göstərə bilib.
Professor Rüstəm Kamal qeyd edib ki, Nizami Cəfərovun ilk elmi araşdırmaları ilə tanış olarkən onun bütün yaradıcılığı boyunca eyni təfəkkür pafosu, sabit intellekt emosiyası ilə qarşılaşırsan. Məhz epik təfəkkür estetikasına söykənən bir tale seçimi həmin pafosun mahiyyətini təşkil edir.
Tədbirdə “Nizami Cəfərov - 60” Elektron məlumat bazası təqdim olunub.
Sonda Nizami Cəfərov çıxış edərək kitabın və elektron məlumat bazasının ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, “Nizami Cəfərov. Biblioqrafiya” kitabının tərtibatçısı Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyeva, elmi redaktoru və ön sözün müəllifi professor Kərim Tahirovdur.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

