/ / Cəlilabadda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda ikigünlük regional konfrans işə başlayıb
Cəlilabadda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda ikigünlük regional konfrans işə başlayıb
30.10.2019 [09:49]
Oktyabrın 29-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda ikigünlük regional konfrans işə başlayıb.
Regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin ictimaiyyət fəalları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub.
Konfransı açan rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov bildirib ki, bu gün Azərbaycan dünyada mövcud olan nümunəvi tolerant ölkələrdən biridir. Ölkəmizdə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi isə Azərbaycanı dünyada multikulturalizmin mərkəzlərindən birinə çevirib. Cəlilabaddakı dini durum barəsində də məlumat verən N.Zeynalov qeyd edib ki, rayonda 108 məscid və 2 kilsə fəaliyyət göstərir. Hər bir dinin nümayəndəsinin dini inancını rahat şəkildə yerinə yetirə bilməsi üçün lazımi şərait yaradılıb.
Regional konfransda çıxış edən DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır. Ulu Öndərin əsasını qoyduğu siyasətin Onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki, Azərbaycan Respublikası dünyada demokratik, hüquqi və dünyəvi dövlət kimi tanınır. Eyni zamanda, Azərbaycan bir çox millətlərin və konfessiyaların dinc, yanaşı yaşamasının unikal nümunəsidir. Dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsi ilə beynəlxalq aləmdə yüksək qiymətləndirilən ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulub.
Çıxışında dini radikalizm, xurafat kimi bəlalarla mübarizənin vacibliyinə də diqqət çəkən Mübariz Qurbanlı qeyd edib ki, İslam sülhü, dostluğu və qardaşlığı təbliğ edən bir dindir. Qurani-Kərimdə təqdim olunan prinsiplər, düşüncələr insanları barışığa və birliyə çağırır. Aparılan təhlillər göstərir ki, dini radikal qrupların yaradılmasında məqsəd müəyyən xarici siyasi və geopolitik maraqları həyata keçirməkdir. Onlar anlamırlar ki, siyasi oyunlara alət edilən din əsl missiyasını, mahiyyətini itirmiş olur. Dinin siyasiləşməsinin doğurduğu acı nəticələri biz bu gün İraq və Suriyada baş verən hadisələrdən aydın görürük. Komitə sədri vurğulayıb ki, ölkədəki dini etiqad azadlığından sui-istifadə edilərək xalqımızın yüz illər boyu yaşatdığı tolerantlıq ənənələrinə xələl gətirilməsi yolverilməzdir. Azərbaycanda dindən siyasi məqsədlər naminə istifadə etməyə çalışanlara qarşı həm inzibati, həm də ideoloji müstəvidə mübarizə aparılır. O, həmçinin dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi olmadığını söyləyib. Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan islami dəyərlərimizin əsl mahiyyətinin gənc nəslə çatdırılmasının zəruriliyinə diqqət çəkib.
Dinə dövlət qayğısından bəhs edən Cəlilabad “Cümə” məscidinin axundu Hacı Mahmud Əsgərov bildirib ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür, Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, din, milli-mənəvi dəyərlərin qorunması sahəsində də ardıcıl siyasət həyata keçirir.
Konfrans işini oktyabrın 30-da “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20

