Gəncə şəhərində ilk dəfə veloyürüş təşkil olunub
29.10.2019 [09:35]
Oktyabrın 27-də Gəncə şəhərində ilk dəfə velosiped yürüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviqi olub.
Dörd kilometrlik veloyürüş Gəncə şəhəri Dəmir yolu Vağzalının qarşısından start götürüb və Gəncə Şəhər İcra Hakimiyyətinin önünədək davam edib. Yürüşdə 1000-dən çox velosipedçi iştirak edib.
Veloyürüş iştirakçıları öz təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüblər.
Gəncədəki veloyürüşdə ilk dəfə olaraq özü üçün xüsusi hazırlanmış velosipedlə yürüşə qoşulduğunu bildirən Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin təsisçisi Amid Həsənquliyev deyib: “Bu da bir tarixdir. Biz bununla göstərməyə çalışırıq ki, həm sağlam, həm də fiziki məhdudiyyətli insanlar bu cür idman növləri ilə məşğul olmalı və sağlam həyat tərzi keçirməlidirlər. Bu gün Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin üzvü, fiziki məhdudiyyətli velosipedçi Bəhlul Əliyev yürüşün finiş xəttinədək gedəcək və cəmiyyətə ismarıc ötürəcək ki, məhz fiziki məhdud insanlar da velosiped sürə bilərlər”.
Türkiyə Respublikasının vətəndaşı, velosipedçi Adnan Çelik bildirib: “Bir ildən çoxdur velosiped sürürəm və azyaşlı oğlumu da özümlə bərabər götürürəm. Bugünkü yürüş isə həm mənim üçün, həm də hələ kiçik olmasına baxmayaraq, oğlum üçün çox sevincli oldu. Məncə, xoşbəxt olmağın bir yolu da velosiped idmanı ilə məşğul olmaqdır. İstərdim ki, hər kəs rahatlığı, sağlamlığı və xoşbəxtliyi üçün velosiped sürsün”.
Ağır atletika müəllimi Aydın Dadaşov da təəssüratlarını bölüşərək deyib: “Mənim 62 yaşım var. Bununla belə hələ də velosiped sürməyə böyük maraq göstərirəm. Yeddi ildir ki, idmanın bu növü ilə məşğul olur və velosiped sürürəm. Gəncədə təşkil olunan bu veloyürüş üçün irəli sürülmüş təşəbbüsü yüksək dəyərləndirirəm. Buna görə təşkilatçılara minnətdaram. Bu cür yürüşlərdə əsl qalib həmrəylik və sağlamlıqdır. İstərdim ki, bütün gənclər fəal fiziki həyat tərzi keçirmək üçün idmanın bu növü ilə məşğul olsunlar”.
“Birinci sinifdən velosiped sürürəm. İdmanın bu növü ilə məşğul olmaq əsl sağlamlıqdır. Bütün gəncləri, xüsusən də xanımları sağlam görmək istərdim. Ona görə də daha çox yeniyetmə və gənc qızların velosiped sürməsini arzulayıram çox xoşdur ki, bu gün Gəncə şəhərində bu cür veloyürüş keçirilir”. Bu sözləri isə Gəncə Musiqi Kollecinin 4-cü kurs tələbəsi Lalə Bəxtiyarqızı söyləyib.
Sonra start fiti çalınıb və velosipedçilər yürüşə qoşulublar.
Finişdə Gəncə şəhərinin aztəminatlı ailələrindən olan məktəblilərə velosiped hədiyyə edilib.
Qeyd edək ki, veloyürüş layihəsi çərçivəsində aztəminatlı ailələrdən olan ümumilikdə 100 uşağa velosiped hədiyyə edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Gəncə, eyni zamanda, 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. MDB ölkələri arasında bu titulu ilk dəfə Gəncə şəhəri qazanıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

