“Nar” müştərilərin ehtiyaclarına cavab verən məhsullar təqdim etməkdədir
29.10.2019 [09:34]
“Nar” müştərilərin ehtiyac və gözləntilərini qarşılamaqla onların məmnuniyyətinin artmasına davamlı investisiya yatırır. Mobil operator hər zaman müxtəlif müştəri qruplarının konkret ehtiyaclarına cavab verən məhsullar təqdim etməkdədir”. Bunu “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke “Business Time” jurnalına geniş müsahibəsində deyib. Onun sözlərinə görə, “Nar”ın abunəçilərin seçiminə çevrilməsinin əsas səbəbi müştəri yönümlü məhsullardır: “Bizim xidmətlər hər bir müştərinin ehtiyacları əsasında, onları məmnun etmək məqsədilə hazırlanır. Müştərilərimizin bu və ya digər məhsul və xidmətlərimizə olan tələbatını öyrənməklə və araşdırmaqla, demək olar ki, hər bir müştəri qrupu üçün fərdi yanaşma tapa bilmişik. Onlara münasib həllər arasında seçim etməyə imkan veririk”.
“Nar”ın müştəri məmnuniyyətinin artırılmasına davamlı investisiya qoyduğunu deyən Q.Panke əlavə edib ki, ilk növbədə, xərclərin tam şəffaflığını təmin etməklə rahat və istifadəsi asan məhsullar təqdim edilir: “İkincisi, rəqəmsallaşma bir çox müştərilər üçün vacibdir. Lakin biz ənənəvi, fiziki kanallar vasitəsilə xidmət olunmağı üstün tutan müştərilərin ehtiyaclarını da diqqətdən kənarda saxlamırıq. Üçüncü şüarımız isə məhsullarımızı qiymət baxımından münasib saxlamaq üçün xərcləri minimallaşdırmaqdır. Bizim üçün ölkənin ən çox müştəri yönümlü mobil operatoru olmaq budur”.
Baş icraçı direktor əlavə edib ki, müştərilər mobil operatordan keyfiyyətli şəbəkə xidməti gözləyir və hazırda “Nar”ın təklif etdiyi geniş əhatəlilik və şəbəkə Qərb ölkələri səviyyəsindədir.
Mobil operatorun qarşıda duran strategiyası barədə də danışan Q.Panke qeyd edib ki, gələcəkdə diqqət yönəldiləcək sahələrdən biri müştərilər üçün təqdim olunan xidmət və həllərin daha da təkmilləşdirilməsidir. Bundan başqa, məmnun olan və doğru yerdə olduqlarına əmin olan müştəri bazası hesabına təbii artıma nail olmaqdır. Qeyd edək ki, Azerfon”un Baş icraçı direktoru Qunnar Pankenin “Business Time” jurnalına geniş müsahibəsini aşağıdakı keçid vasitəsilə oxumaq olar: http://fins.az/musahibe/1001411/nar-musterilerin-ehtiyaclarina-cavab-veren-mehsullar-teqdim-etmekdedir.html
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

