“Bir qalanın sirri” filminin surdo-tərcümə vasitəsilə nümayişi keçirilib
23.10.2019 [16:11]
Oktyabrın 23-də Nizami Kino Mərkəzində eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün “Bir qalanın sirri” filminin surdo-tərcümə vasitəsilə nümayişi keçirilib.
AZƏRTAC xəbər verir ki, nümayişdən əvvəl layihənin rəhbəri Cəsarət Hüseynzadə çıxış edərək görülmüş işlə bağlı məlumat verib.
Bildirdi ki, “Bir qalanın sirri” filminin surdo-tərcümə versiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.
C.Hüseynzadə qeyd edib ki, layihə çərçivəsində bu filmdən əlavə bir cizgi filminin surdo-tərcümə formatında hazırlanması nəzərdə tutulur. Eyni zamanda, 3 mövzuda maarifləndirici videolar hazırlanaraq surdo tərcümə olunması həyata keçiriləcək. Hazırlanmış ekran əsəri və cizgi filmi disk formasında eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlara təqdim olunacaq.
Layihə rəhbərinin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən, bu gün dünyada 360 milyona yaxın insan eşitmə qabiliyyətinin zəifliyindən əziyyət çəkir. O əlavə edib ki, Azərbaycanda da bu qəbildən olan xeyli sayda insan var. Dövlət tərəfindən həmin şəxslərlə bağlı proqramlar genişlənməkdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin birgə işçi qrupunun hazırladığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində eşitmə və ya nitq məhdudiyyəti olan şəxslər üçün əlavə imkanların yaradılması üçün hüquqi baza formalaşdırılır. Qanuna ediləcək dəyişiklikdən sonra televiziya proqramlarında, kino və videofilmlərdə subtitr və ya surdo-tərcümə sisteminin tətbiq edilməsi də nəzərdə tutulur.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü İradə Rzazadə, layihənin eksperti, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova nazirliyin dəstəyi ilə həyata keçirilən layihənin əhəmiyyətindən danışıblar. Çıxışlarda qeyd olunub ki, eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiya olunmasında, onların informasiyaya əlçatanlığının təminatında bu layihələrin böyük rolu var.
Sonra film nümayiş olundu. Ekran əsəri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40

