Lənkəranda “Gənclərin dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfrans keçirilib
24.10.2019 [09:43]
Oktyabrın 23-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə “Gənclərin dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə İqtisadiyyat Nazirliyinin dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, BMT Baş Assambleyasının 2015-ci il 25 sentyabr tarixli qətnaməsi ilə növbəti 15 il müddətinə insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığının təmin edilməsinə təkan verəcək 17 məqsəd və 169 hədəfdən ibarət “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik” təsdiq edib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanına əsasən “Gündəlik-2030”-dan irəli gələn öhdəliklərin milli səviyyədə yerinə yetirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının yüksəkvəzifəli nümayəndələrindən ibarət Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb, milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına dair monitorinq-hesabatlıq mexanizmi müəyyən edilib, dövlət qurumları qarşısında konkret vəzifələr qoyulub.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən Şura tərəfindən 2030-cu ilədək qlobal məqsəd və hədəflər üzrə Azərbaycan üçün əhəmiyyət kəsb edən milli prioritetlər və onlara dair göstəricilər müəyyən olunmalı, ölkəmizdə sosial-iqtisadi sahələri əhatə edən dövlət poqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılması təmin edilməli, bu Məqsədlərə nail olunması məqsədilə illik hesabatlar hazırlanmalıdır.
Qeyd olunub ki, Azərbaycan üçün əhəmiyyət kəsb edən milli prioritetlər və onlara dair göstəricilər artıq müəyyənləşib, Azərbaycan Respublikasının “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanaqlı İnkişaf Gündəliyi”nin icrası ilə əlaqədar milli hesabatı hazırlanaraq BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksəksəviyyəli Siyasi Forumuna təqdim edilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, Lənkəran rayonu yerli büdcəsini artıq üç ildir daxili imkanlar hesabına formalaşdırır. 2003-2018-ci illərdə rayonda 31249-u daimi olmaqla, 47528 yeni iş yeri açılıb. Bu il isə ödənişli əsaslarla 1310 yeni iş yeri yaradılıb.
Bu ilin doqquz ayı ərzində rayona ümumi maliyyə dəyəri 114 milyon 49 min manat olan özəl investisiya cəlb edilib. O cümlədən kənd təsərrüfatının ayrı-ayrı sahələrinə 4 milyon 200 min manatı yerli, 7 milyon manatı xarici investisiya olmaqla, 11 milyon 200 min manat yönəldilib.
Konfransın “İnsanları gücləndirmək və bərabərliyi təmin etmək” mövzusunda keçirilən panel müzakirələrində Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Süleymanov və Lənkəran Dövlət Universitetinin rektor əvəzi, professor Natiq İbrahimov çıxış ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

