/ / “Metrovaqonmaş” SC-də Ümummilli Lider Heydər Əliyevin xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilib
“Metrovaqonmaş” SC-də Ümummilli Lider Heydər Əliyevin xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilib
22.10.2019 [09:39]
Moskva vilayətindəki “Metrovaqonmaş” Səhmdar Cəmiyyətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Metrovaqonmaş” SC-nin direktoru Boris Boqatıryov mərasimdə çıxış edərək, bir neçə ay əvvəl zavodun Bakıya yeni model vaqonların bir partiyasını yola saldığını bildirib. Qeyd edib ki, hazırda həmin vaqonlar Bakı metropolitenində uğurla istismar olunur. Ümummilli Lider Heydər Əliyevin xatirə lövhəsinin açılmasını mühüm hadisə adlandıran B.Boqatıryov deyib ki, Heydər Əliyev 1980-ci illərdə Moskvada, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən zavodda yeni vaqon istehsalı korpusunun tikilməsi barədə qərar imzalayıb. Hazırda bu korpusda müasir tipli vaqonlar yığılaraq istismara verilir.
Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycanın görkəmli oğlu, dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirə lövhəsinin açılmasına görə zavodun və “Bakı Metropoliteni”nin rəhbərliyinə təşəkkürünü bildirib, lövhənin açılmasını Heydər Əliyevin sovet xalqı qarşısında böyük xidmətlərinin daha bir etirafı kimi qiymətləndirib. Səfir “Naximov” teploxodunun batması, Ulyanovskda gəminin körpüyə çırpılması kimi hadisələrin araşdırılmasına dair hökumət komissiyalarına rəhbərliyin təcrübəli dövlət xadimi kimi məhz Heydər Əliyevə tapşırılmasını xatırladıb. “Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində qısa müddət - 1982-1987-ci illərdə işləməsinə baxmayaraq, çox işlər görüb. O, Baykal-Amur magistralının salındığı dövrlərdə dəfələrlə tikintiyə gedib, bir çox məsələləri yerindəcə həll edib. Heydər Əliyev bu əfsanəvi magistralın yaradıcılarından biridir. Hazırda Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasında vağzal Heydər Əliyevin adını daşıyır. P.Bülbüloğlu vurğulayıb ki, həyat və fəaliyyətinin bütün mərhələlərində Heydər Əliyev böyük təşkilatçılıq qabiliyyəti, analitik təfəkkürü, sonsuz əməksevərliyi və işinə sədaqəti ilə seçilib.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Ümummilli Lider Heydər Əliyevin xatirə lövhəsinin açılması təklifini irəli sürdüklərinə görə “Transmaşholdinq” və “Metrovaqonmaş”ın rəhbərliyinə minnətdarlığını bildirib. O vurğulayıb ki, “Metrovaqonmaş” SC ilə əməkdaşlığın təməli Heydər Əliyev tərəfindən qoyulmuş münasibətlərin davamıdır. 1983-cü ilin dekabrında Heydər Əliyevin imzaladığı qərarda bir neçə istiqamətlər, o cümlədən zavodun nəzdində bu korpusun inşası əksini tapmışdı. Həmin qərar SSRİ-də metropolitenlərin inkişafına, vaqon istehsalının genişlənməsinə böyük təkan vermişdi. “Metrovaqonmaş” və “Bakı Metropoliteni” arasında imzalanan yeni müqaviləyə əsasən, növbəti üç ildə Bakıya daha 60 müasir vaqonun göndəriləcəyini qeyd edən Z.Hüseynov bildirib ki, həmin vaqonlar Bakı metrosundakı köhnəlmiş vaqonları əvəzləyəcək. Onun sözlərinə görə, Bakı metrosunun stansiyaları artdıqca, “Metrovaqonmaş” ilə müqavilələrin sayı da çoxalacaq.
Daha sonra mərasim iştirakçıları zavodun həyətində ağac əkiblər.
Ulu Öndər Heydər Əliyevin xatirə lövhəsi zavodun əsas korpusunun divarına vurulub. Lövhənin üzərində yazılıb: “SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin “Metropolitenlər üçün vaqonların buraxılmasının artırılması, onların texniki səviyyəsinin və istismar etibarlılığının yüksəldilməsinə dair tədbirlər haqqında” 23 dekabr 1983-cü il tarixli AQ-3585 saylı tapşırığına əsasən ümumi sahəsi 15,8 min kvadratmetr olan bu vaqon istehsalı korpusu tikilib istismara verilib”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32

