Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib
22.10.2019 [09:31]
Erkan Özoral: Azərbaycan Türkiyə Ordusunun həyata keçirdiyi antiterror əməliyyatlarını hər zaman dəstəkləyib
Türkiyənin ölkəmizdəki səfirliyində Azərbaycanın aparıcı KİV rəhbərləri və media təmsilçiləri ilə görüş keçirilib. Görüşdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Azərbaycan Türkiyə Ordusunun həyata keçirdiyi istər “Sülh çeşməsi”, istərsə də digər antiterror əməliyyatlarını dəstəkləyib: “Azərbaycan, həqiqətən də, bir millət, iki dövlət olduğumuzu bütün dünyaya nümayiş etdirib. Buna görə Azərbaycan xalqına, Azərbaycan Prezidentinə təşəkkür edirik”.
Diplomat bildirib ki, Suriyanın şimalında terrorçuların yerləşməsi və Türkiyənin buna laqeyd qalmayacağı barədə bütün dünyaya xəbərdarlıq olunub. Uzun illərdir ki, Suriyada davam edən vətəndaş müharibəsinin çətinliklərini bu ölkədən sonra çəkən ikinci ölkə Türkiyədir. Suriyadakı müharibədən qaçanlara ən çox Türkiyə qucaq açıb. Biz 3 milyon 650 mindən çox suriyalıya qucaq açmışıq, onlara qardaşlığımızı göstərmişik. Türkiyə bu günədək suriyalı qaçqınlar üçün 40 milyard dollar məbləğində vəsait xərcləyib. Avropa İttifaqı söz verdiyi 6 milyard avrodan yalnız 3 milyardını verib. Türkiyə Suriyada sülhün bərpa olunmasını istəyir və Suriyanın ərazi bütövlüyünü dəstəkləyir.
Erkan Özoral vurğulayıb ki, Türkiyə terrorla mübarizədə heç bir ölkədən kömək almayıb. Əksinə, bəzi ölkələr Türkiyənin mübarizə apardığı terror təşkilatlarını silah-sursatlarla təmin edərək yardım göstərib.
Görüşdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bu gün Türkiyə “Sülh çeşməsi” əməliyyatı ilə bölgədə sülh və sabitlik üçün çalışır. Qeyd olunub ki, Azərbaycan terrordan əziyyət çəkən bir ölkə kimi, hər zaman Türkiyənin yanındadır.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu isə deyib ki, Azərbaycan mediası hər zaman Türkiyənin haqq işini obyektiv və dolğun şəkildə işıqlandırıb və bundan sonra da fəaliyyətini eyni şəkildə davam etdirəcək.
Çıxışlardan sonra səfir Erkan Özoral media nümayəndələrinin suallarını cavablandırıb.
Görüşdə, eyni zamanda, səfirliyə yeni təyin olunmuş mətbuat müşaviri Hüseyn Altınalan media nümayəndələrinə təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

