Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırıb
19.10.2019 [09:47]
Oktyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı DQİDK-nın tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) fəaliyyətinin 2 ilinin tamam olması münasibətilə fondun rəhbərliyini mükafatlandırıb.
DQİDK sədri Mübariz Qurbanlı tədbir iştirakçılarını 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edərək bildirib ki, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyat amalı, möhtəşəm fəaliyyəti, uzaqgörən və müdrik siyasəti sayəsində ölkəmiz bu gün azad, müstəqil və güclüdür. Dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət suveren Azərbaycana şanlı tariximizin ən uğurlu illərini yaşatmaqla onu bütün sahələrdə regionun aparıcı dövlətinə çevirib.
Daha sonra Komitə sədri Mübariz Qurbanlı Prezident İlham Əliyev tərəfindən ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun 2 illik fəaliyyətinə qısa nəzər salıb, həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. O qeyd edib ki, maarifləndirmə tədbirləri daha çox ailə, mənəviyyat, milli kimlik, tolerantlıq, azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərimiz mövzularını əhatə edib və ötən ildən bu günədək ölkənin müxtəlif bölgələrində 100-ə yaxın konfrans, seminar və “dəyirmi masa”lar təşkil olunub. Həmçinin ötən il Fondun dəstəyi ilə 51 müxtəlif adda kitab nəşr edilib, 3 sənədli film, 5 sosial videoçarx hazırlanıb. Tədbirlərin davamı olaraq bu ilin sonunadək 43 adda kitabın nəşri, 6 sənədli film və 6 sosial videoçarxın hazırlanması nəzərdə tutulur.
DQİDK sədri Fondun 2 illik fəaliyyətini yüksək dəyərləndirərək qeyd edib ki, MDTF-nin təşəbbüsü ilə reallaşdırılan layihələr cəmiyyətimizin inkişafına mühüm töhfələr verir, xalqımıza məxsus dəyərlərin təbliği mexanizminin yaradılmasında aparıcı qüvvələrdən birinə çevrilir. Fondun 2 il ərzində çox əhəmiyyətli işlər gördüyünü deyən M.Qurbanlı bu fəaliyyətin cəmiyyətimiz üçün olduqca faydalı olduğunu söyləyib. Komitə sədri qurumun gələcək işlərində də mühüm təşəbbüslərlə çıxış edəcəyinə əminliyini ifadə edib.
MDTF-nin icraçı direktoru Mehman İsmayılov diqqət və dəyərə görə təşəkkürünü bildirib. O, mənəvi dəyərlərimizin təbliği sahəsində gələcək fəaliyyətlərini mövcud təcrübədən yararlanmaqla daha da təkmilləşdirəcəklərinə, bu gün beynəlxalq arenada gündən-günə mövqelərini möhkəmləndirən Azərbaycanın mənəvi dəyərlərinin xaricdə də təbliği sahəsində mühüm addım atacaqlarına əminliyini ifadə edib.
Tədbirin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, direktor müavinləri Ceyhun Əliyev və Rəfi Qurbanova fəxri fərmanlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

