STEAM layihəsinin tətbiq olunduğu məktəbə mediatur təşkil edilib
17.10.2019 [09:59]
Oktyabrın 16-da Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyaya mediatur təşkil edilib. “Yeni Azərbaycan” qəzeti də daxil olmaqla, mediatura 20-dən artıq media qurumunun nümayəndəsi qatılıb. Səfərin məqsədi gimnaziyada STEAM layihəsinin tədrisi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırmaq, onları bu ildən pilot kimi həyata keçirilən layihə çərçivəsində görülən işlərlə əyani tanış etmək olub.
Mediaturda məlumat verilib ki, Təhsil Nazirliyi tərəfindən başlanılan STEAM layihəsi hazırda Bakı şəhərindəki 42 ümumi təhsil müəssisəsini və 6 mindən çox şagirdi əhatə edir. Layihənin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib.
Sonra media nümayəndələri STEAM tədris otağında yaradılmış şəraitlə tanış olub, tədris prosesini izləyib, müəllim və şagirdlərlə söhbət aparıblar.
STEAM təhsil metodu şagirdlərə beş sahənin - elm (science), texnologiya (technology), mühəndislik (engineering), incəsənət (art) və riyaziyyatın (math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədir, real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM layihəsi şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq, həyata hazırlayır.
Layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir təhsil çağırışları əsasında tətbiq olunan təhsil yeniliklərinin ölkəmizdə reallaşdırılması imkanlarının öyrənilməsi və tədrisidir. Layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumatlar yerləşdirilir.
STEAM təhsilinin tədrisi məqsədilə 34 məktəbdən 104 müəllim peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak edib.
Növbəti ildən regionların da bu layihədə iştirakının təmin edilməsi və şagirdlərin sayının 20 minə çatdırılması nəzərdə tutulur.
Gimnaziyanın direktoru Xəyalə Əhmədzadə STEAM layihəsinin tətbiqinin əhəmiyyətini qeyd edib. Təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verən direktor burada ingilis və ərəb dilləri üzrə təmayül siniflərinin fəaliyyət göstərdiyini deyib.
Layihənin əlaqələndiricisi, Təhsil İnstitutunun nümayəndəsi İqrar Nəzərov bildirib ki, STEAM layihəsinin tədrisi zamanı şagirdlərə gələcəyin texnologiyalarından baş çıxarmaq bacarığı aşılanır.
Sonda mediatur iştirakçılarının sualları cavablandırılıb.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

