Saxtakar piketçi etiraf etdi...
12.10.2019 [10:19]
“Dövlət mənə ikiotaqlı ev verib”
Radikal müxalifətin oktyabrın 8-də keçirdiyi piket bir sıra “özəllik”ləri ilə yadda qaldı. Həmin vaxt şəhər nəqliyyatının işinə, Bakının mərkəzində yerləşən təhsil ocaqlarının fəaliyyətinə, insanların istirahətinə və saymadığımız daha neçə sahəyə yaradılan maneçiliklə “fərqlənən” nüansların qeyd edilməsi kifayətdir ki, piket cəhdinin uğursuz və gərəksiz olduğu anlaşılsın. Yəni yalnız ara qarışdırmağa, qanun pozuntularına yol verməyə, hətta polis əməkdaşlarının təxribata çəkilməsinə xidmət göstərən bu piketin Əli Kərimli və ətrafındakılara xarici anti-azərbaycançı mərkəzlər tərəfindən sifariş edildiyinə heç bir şübhə yoxdur. Elə piketdə səslənən yalanlar, piket iştirakçılarının saxta iddiaları da dediklərimizi təsdiqləyir. Amma saxta piketçilərin saxta iddialarının üstü qısa müddətdə açıldı.
Məsələn, Zəngilan rayonundan olan məcburi köçkün Yaşar Cəfərov sözügedən “piket zamanı” qarşısında “kamera” görən kimi “odlu-alovlu” bir çıxış etmək fürsətini əldən vermək istəməyib. 26 ildir məcburi köçkün həyatı yaşadığını söyləyən Y.Cəfərov iddia edib ki, guya evi yoxdur: “Qaçqınam, 25 ildir, “obşitel”də (yataqxana) yaşayıram, çürüyürəm...”
Bu “piket” qəhrəmanının danışdığı yalanın üstü isə tez açılıb. Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, Yaşar Cəfərov adlı Zəngilan rayonundan olan həmin şəxsə dövlət tərəfindən diqqət və qayğı göstərilib, o, evlə təmin olunub.
Biz də “Yeni Azərbaycan” qəzeti olaraq məsələ ilə bağlı Yaşar Cəfərovun özü ilə əlaqə saxladıq. Y.Cəfərov öncə piketdə kameralar önündə çıxış edən zaman evinin olmadığını, yataqxanada yaşadığını demədiyini iddia etsə də, sonradan etiraf etdi ki, belə bir söz deyib. O hətta “çaşmışam” deyə dediklərindən yayınmağa çalışdı. Bildirdi ki, iki ildir ki, evlə təmin olunub: “İki ildir mənə ev veriblər. İkiotaqlı evdir. Qanuni yolla verilib bu ev mənə. Çaşmışam, demişəm. Bir kəlmə söz demişəm, ağzımdan qaçıb”.
Göründüyü kimi, bu saxtakar piketçinin danışdığı yalan kimlərinsə əlinə “dəstəvuz” verməyə xidmət göstərib. Piketdən sonra bəh-bəhlə bu kadrları öz internet kanallarında yayan, bu “qoca piketçi”nin halına yandığını iddia edən osmanqızılar, qənimətzahidlər və başqaları niyə bu yalanına görə onu qınamırlar? Beləliklə, dövlətin ona göstərdiyi diqqət və qayğını gizlədərək “yataqxanada çürüyürəm” deyə yalanlar söyləyən belələrinin arxasına sığınan Əli Kərimlinin mahiyyətinin üzərinə bir daha “işıq düşür”. Bu piketçinin saxta iddiaları bir daha sübut edir ki, Əli Kərimli və ətrafındakı dağıdıcılar da saxta iddialarla çıxış edən, sifarişlə, göstərişlə işləyənlərdir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

