Fərman Salmanov adına Elm və Tədris Mərkəzinin açılış mərasimi keçirilib
04.10.2019 [14:52]
Oktyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fərman Salmanov adına SOCAR-ADNSU Elm və Tədris Mərkəzinin açılış mərasimi keçirilib. Əvvəlcə Mərkəzin önündə əfsanəvi azərbaycanlı geoloqun barelyefi açılıb.
Sonra tədbir iştirakçıları Fərman Salmanov adına SOCAR-ADNSU Elm və Tədris Mərkəzi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, universitetin konfrans zalında davam edən tədbirdə
ADNSU-nun rektoru, professor Mustafa Babanlı Fərman Salmanovun həyat yolundan və neft kəşfiyyatı sahəsində xidmətlərindən danışıb.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib ki, Fərman Salmanov bütün ömrünü neftə həsr edib. O, Qərbi Sibirdə kəşf etdiyi neft quyuları sayəsində bəşəriyyətə verdiyi töhfəyə görə Azərbaycanın və Rusiyanın sevimli cəfakeşinə çevrilib.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə F.Salmanovun neft kəşfiyyatı ilə yanaşı, elmi fəaliyyətini də davam etdirdiyini və SSRİ Elmlər Akademiyasının akademiki seçilməsi kimi böyük nailiyyət qazandığını vurğulayıb.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ölkəsi üçün son dərəcə əhəmiyyətli olan Qərbi Sibirdə neft-qaz yataqlarını kəşf etmiş F.Salmanovun xatirəsinin rus xalqı tərəfindən hər zaman əziz tutulacağını deyib. Səfir əlavə edib ki, F.Salmanovun xidmətləri təkcə neft tapmaqla bitməyib, onun xidmətləri Rusiya ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığın inkişafına da təsir göstərib.
Daha sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Rusiyanın Yuqra Dövlət Universitetinin rektoru Tatyana Karminskaya, Xanti-Mansi Muxtar Dairəsinin Duma sədrinin müavini Aleksandr Salnikov, SOCAR-ın Neft-Qaz Elmi-Tədqiqat Layihə İnstitutunun direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Əhməd Salmanov görkəmli geoloqun Sibirdə neft sənayesinin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb, onun haqqında xatirələrini bölüşüblər. Qeyd olunub ki, Rusiya və Azərbaycanın dövlət başçılarının F.Salmanovun xatirəsinin əbədiləşməsinə ayırdıqları xüsusi diqqət, bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi çox sevindirici haldır və belə yüksək dəstək milyonlarla insanın sevincinə səbəb olub. Bu Mərkəz F.Salmanov kimi mütəxəssislər yetişdirən Azİİ-də bu sahənin inkişafında, görkəmli geoloqun yolunun davam etdirilməsində xüsusi rol oynayacaq.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı və SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə tərəfindən elm və təhsil sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Saziş çərçivəsində Fərman Salmanov adına SOCAR-ADNSU Elm və Tədris Mərkəzi ən müasir proqram təminatı ilə təchiz olunaraq noyabrın 1-dən tələbələrin ixtiyarına veriləcək.
Daha sonra Prezident İlham Əliyevin “Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında” 2019-cu il 9 iyul tarixli Sərəncamına əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, ən yüksək göstəriciləri olan Qaz-neft mədən fakültəsinin 2 tələbəsinə - Aytac Babayevaya və Əmrah Qulubəyliyə Fərman Salmanov adına təqaüd təqdim olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

