/ / Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
03.10.2019 [09:40]
Qırğız Respublikasının paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 29-cu iclası işə başlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, MDB prokurorluq orqanları əməkdaşlarının iştirak etdikləri tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Tədbirdə Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun iclas iştirakçılarına müraciəti oxunub.
İclasa sədrlik edən Qırğızıstanın Baş prokuroru Okturbek Camşitov və Rusiya Baş prokurorunun birinci müavini Aleksandr Buksman Azərbaycan nümayəndə heyətini 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı münasibətilə təbrik ediblər.
Şuranın iclasında K.Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində görülmüş hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verib. K.Əliyev “Cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun təcrübəsi” mövzusunda çıxış edib.
Tədbirdə “İcra sənədlərinin icrası zamanı qanunlara riayət olunmasına prokuror nəzarəti” (Belarus), “Hüquq-mühafizə fəaliyyətinin prosessual əsaslarının modernləşdirilməsi və cinayət qanunvericiliyinin humanistləşdirilməsi” (Qazaxıstan), “Talan edilmiş aktivlərin bərpası” (Qırğızıstan), “Rusiya Federasiyası Baş Prokurorluğunun unun korrupsiyaya qarşı mübarizə üzrə fəaliyyəti: profilaktika, korrupsiya hüquq pozuntularının nəticələrinin aradan qaldırılması” (Rusiya), “Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin aşkar kar edilməsi və araşdırılması sahəsində beynəlxalq əməkdaşlıq” (Tacikistan) və sair mövzularda məruzələr dinlənilib, təqdimatlar nümayiş etdirilib və faydalı fikir mübadiləsi aparılıb.
Yekunda Rusiya Federasiyasının Baş prokuroru Yuri Çayka növbəti bir müddətinə yenidən Şuranın sədri seçilib. Təşkilatın 2020-ci ildəki iclasının Özbəkistanın paytaxtı Daşkənddə keçirilməsi qərara alınıb.
Tədbirdə nümayəndə heyəti Qırğızıstanın Baş prokuroru Okturbek Camşitov ilə ikitərəfli görüş keçirilib. Görüşdə son illər dövlətlər və qurumlararası münasibətlərin inkişafının intensiv xarakter almasının gələcək əməkdaşlıq üçün əlverişli zəmin yaratdığını qeyd edən K.Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, erməni təcavüzünün türk dünyasının ortaq problemi olduğunu ifadə edib.
Nümayəndə heyətimiz tədbirdə, eləcə də Bişkekdə eyni vaxtda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş Prokurorlarının 17-ci iclasında iştirak edən ölkələrin, o cümlədən Türkiyə, Rusiya, İran, Çin, Pakistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Tacikistanın nümayəndə heyətlərinin rəhbərləri, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Çol Kyu-Hvan ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı faydalı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

