Gəncədə “Yollarda təhlükəsiz davranışı həyat tərzinə çevirək” adlı konfrans keçirilib
02.10.2019 [09:16]
Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Gəncədə Yol Hərəkəti Təhlükəsizliyi həftəsi çərçivəsində “Yollarda təhlükəsiz davranışı həyat tərzinə çevirək” adlı konfrans təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən konfransda əvvəlcə Azərbaycan Avtomobil Federasiyası tərəfindən hazırlanmış və yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş videoçarx izlənilib.
Konfransda yol hərəkətinin təhlükəsizliyi istiqamətində ölkəmizdə görülmüş işlər və Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il dekabrın 27-də qəbul olunmuş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” barədə məlumat verilib.
Dövlət Proqramında nəzərdə tutulmuş təbliğat və təşviqat işləri ilə bağlı danışan AAF-ın baş katibi Anar Şükürov “Yol hərəkəti təhlükəsizliyində könüllülərin rolu” layihəsini təqdim edib.
Bildirilib ki, layihənin məqsədi ölkəmizdə aparılan gənclər siyasətinə, eləcə də dövlətimizin bu istiqamətdə gördüyü işlərə dəstək vermək, yol hərəkəti təhlükəsizliyində ictimai iştirakı təmin etmək, tələbələr arasında birbaşa maarifləndirmə kampaniyaları aparmaq, yol hərəkəti təhlükəsizliyi sahəsində problemlərin aradan qaldırılmasına töhfə vermək və gənclərin yol hərəkəti qaydalarına riayət etməsini təmin etməkdə birbaşa yardımçı olmaqdır.
Sonra yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov nəqliyyat hüququ, bu sahədə beynəlxalq konvensiyalar, ölkəmizdəki normativ hüquqi aktlar, eləcə də yol hərəkəti təhlükəsizliyinin ümumi vəziyyəti, yol hərəkəti iştirakçılarının təhlükəsiz davranışı, həmçinin sürücü və piyadaların vəzifə və öhdəlikləri, sürücülük mədəniyyətinin yüksəldilməsi istiqamətində görülmüş işlərdən danışıb.
Konfransda “Regional İnkişaf” İctimai Birliyinin layihələr şöbəsinin müdiri Cəmil Əliyevin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Ramin Bayramovun mövzu ətrafında çıxışları olub. Çıxışlarda regionlarda yol hərəkəti təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işlərinin aparılmasının zəruriliyi qeyd edilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17

