/ / Beyləqanda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb
Beyləqanda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb
25.09.2019 [09:42]
Sentyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Beyləqan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb.
Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Beyləqan rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət fəalları, həmçinin dini icma sədrləri, din xadimləri və ilahiyyatçılar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filminin nümayişi olub. Sonra ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qarşıda duran vəzifələr, eyni zamanda, tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələr aparılıb.
Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək, ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərin, tolerantlıq mühitinin qorunub saxlanmasından danışıb. Bildirib ki, respublikamızda məscid, kilsə və sinaqoqların bərpasına və yenilərinin inşasına xüsusi diqqət yetirilir. Azərbaycanda bütün dinlərin nümayəndələri tolerant mühitdə, dinc, yanaşı fəaliyyət göstərirlər. Respublikamızın digər bölgələrində olduğu kimi, Beyləqan rayonunda da dini durum sabitdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, dini maarifçilik işinin aparılması, dini radikalizm və xurafata qarşı mübarizədə maarifləndirmənin əhəmiyyətindən danışıb.
Ölkəmizdəki nümunəvi dövlət-din münasibətlərindən söz açan Mübariz Qurbanlı bildirib ki, Azərbaycan dünyəvi respublikadır. Dövlət dinin işinə qarışmır, din isə siyasiləşə bilməz. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin təməlində azərbaycançılıq ideyası dayanır. Ulu Öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə böyük işlər həyata keçirildiyini deyən M.Qurbanlı əsas milli vəzifələrimizin Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi, sosial-iqtisadi inkişafın davamlılığının təmin olunması, təhlükəsizliyimizin həm ideoloji, həm də siyasi cəhətdən qorunması olduğunu diqqətə çatdırıb. “Müasir dünya üçün ən ciddi təhdidlərdən biri din adı altında aparılan müharibələr, terror hadisələridir. Azərbaycan Respublikasında din adı altında təhdidlərin qarşısı alınır. Bu, bizim milli vəzifəmizdir”, - deyə Komitə sədri bildirib.
Konfrans işini sentyabrın 25-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24

