Xəbər agentlikləri kiberredaksiyalar yaradır - Süni intellektin jurnalistikaya təsiri
20.09.2019 [09:00]
Avropa xəbər agentlikləri fəaliyyətlərində süni intellektin tətbiqi imkanlarını və perspektivlərini müzakirə ediblər.
Bu mövzuya həsr olunmuş konfrans AZƏRTAC-ın da üzvü olduğu Avropa Xəbər Agentlikləri Alyansı (EANA) tərəfindən Praqada keçirilib. Çexiyanın CTK agentliyinin təşkil etdiyi tədbirdə Böyük Britaniyanın Press Association, Reuters, Almaniyanın DPA, Avstriyanın APA, Türkiyənin Anadolu, Rusiyanın TASS, İspaniyanın EFE və digər üzv agentliklərin rəhbərləri və nümayəndələri iştirak edirlər. AZƏRTAC-ı konfransda multimedia və informasiya resursları redaksiyasının baş redaktoru Elşən Şahbalayev təmsil edib.
Süni intellekt və informasiya axını
Süni intellekt bir neçə növə ayrılır ki, onların sırasında müəyyən proqram təminatı əsasında tapşırıqları yerinə yetirən, insanla kommunikasiya quran, informasiyanı idarə edən robotlar və tətbiqlər var. “Google” şirkətinin tətbiq etdiyi və ümumi istifadədə olan axtarış, tərcümə, səslə idarəetmə sistemləri də bu sıraya daxildir. Diqqətçəkən əsas amil odur ki, süni intellekt çətin məsələləri ən qısa zamanda həll edə bilir. Bu da informasiya axınının sürətlə artdığı bir vaxtda xəbər agentlikləri üçün çox önəmli məsələdir.
Konfransın mövzusu barədə məlumat verən EANA-nın baş katibi Aleksandr Giboi süni intellektin artıq bir çox sahələrdə tətbiq edildiyini vurğulayıb. O, xəbər agentliklərinin də yeni texnologiyalara maraq göstərdiyini bildirərək qeyd edib ki, bu texnologiyalar yaxın gələcəkdə xəbər istehsalında fəaliyyəti köklü şəkildə dəyişə bilər.
Kolumbiya Universitetinin professoru Tomas Kentin fikrincə, süni intellektin jurnalistikaya da nüfuz etməsi, sadəcə, informasiyanın hazırlanmasının texniki tərəflərinə təsir edir. Çünki robot texnologiyası hadisələrə jurnalist kimi baxa və onu təhlil edə bilmir. “Jurnalist bu qəliz texnologiyaların incəliklərini bilmək məcburiyyətində deyil. Onun işi hadisələri dərindən görüb xəbər hazırlamaqdır. Süni intellekt isə ona bu işi asanlaşdırmaqda kömək edə bilər”, - deyə o qeyd edib. Eyni zamanda, Tomas Kent hesab edir ki, mətbuat süni intellektdən getdikcə daha çox istifadə edəcəyi halda xəbər agentliklərinin informasiya istehsalında rolu azala bilər. Buna görə də agentliklər indidən təşəbbüsü ələ almalı və innovasiyaların fəal şəkildə tətbiqinə diqqət ayırmalıdırlar.
Kiberredaksiyalar - insan və robotun birgə xəbər istehsalı
Reuters xəbər agentliyinin biznesin inkişafı üzrə direktoru Roxelio Eskalona təmsil etdiyi qurumda artıq bir ildir istifadə edilən Lynx İnsight proqram təminatının iş prinsipindən danışıb. O hesab edir ki, süni intellekt biznesin inkişafı üçün münasib alətdir. Reuters bu texnologiyanın köməyi ilə böyük həcmdə iqtisadi və idman məlumatlarını təhlil edir. Bunun əsasında hazırlanan xəbərlər isə abunəçilərə ödənişli əsasda təklif olunur. “Maşın texnologiyası pul qazanmağa kömək edir. Öz məqsədlərini dəqiq müəyyən edən agentliklər robot texnologiyalarından yararlanmaqla informasiya bazarında üstünlüyü saxlaya bilər”, - deyə o bildirib.
Reuters-in Lynx İnsight proqramında süni intellekt və jurnalistin bacarıqları cəmlənir. Süni intellekt daha sürətli və daha yaxşı təhlil edir, jurnalist isə bu təhlillərin nəticələrindən necə istifadə etməyin yollarını yaxşı bilir. Bu baxımdan hər iki tərəf xəbər istehsalının əsas tərkib hissəsinə çevrilir. Sözsüz ki, əgər əvvəl böyük məlumatları insan təhlil edirdisə, indi onu avtomatlaşdırılmış sistem əvəz edir. Beləliklə də agentliklərdə kiberredaksiyalar yaranır ki, onun da idarə edilməsini jurnalistlər həyata keçirir.
“Radar” (Reporters and Data and Robots) proqram təminatından danışan Press Association agentliyinin layihə rəhbəri Qari Rocer bildirib ki, 2017-ci ildən başlanan layihə üzrə artıq 100 mindən çox məqalə hazırlayıb. Artıq sistemin abunəçiləri də var. Proqramla 8 jurnalist çalışır. Onlar “Radar”ın real zamanda topladığı və qruplaşdırdığı məlumatları, foto və videoları həm özləri xəbərə çevirir, həm də müvafiq redaksiyalara yönləndirirlər. Reuters-in proqram təminatından fərqli olaraq “Radar” maliyyə və idman məlumatları ilə kifayətlənmir, bütün sahələri əhatə edir.
Süni intellektin inkişaf strategiyasında yeri
Çıxışlarda səslənən və diqqətçəkən fikirlərdən biri də bu texnologiyaların xeyli vəsait tələb etməsidir. Hesab edilir ki, kiçik agentliklər bu vəsaiti əldə edə bilməsələr, süni intellekt innovasiyalarından kənarda qala bilərlər. Amma çıxış yolu da var. Məsələn, Press Assocation agentliyinin “Radar” proqramı “Google” şirkətinin Rəqəmsal Xəbər Təşəbbüsü İnnovasiya Fondu (DNİ) tərəfindən maliyyələşdirilib.
Süni intellektin tətbiqi ilə bağlı, həmçinin Norveçin NTB, Almaniyanın APA, İspaniyanın EFE agentliklərinin təqdimatlarında da məqsədin böyük həcmdə məlumatların daha sürətlə və daha dəqiq təhlilinə yönəldiyi qeyd edilib.
Konfransda Press Association agentliyinin icraçı direktoru Klayv Marşalın moderatorluğu ilə dəyirmi masada TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, ANP agentliyinin rəhbəri Martin Bennis, Belga agentliyinin icraçı direktoru Tom Vuytak, STA agentliyinin baş direktoru Alyosa Rehar müzakirələr aparıblar. Əsas fikir ondan ibarət olub ki, agentliklər perspektiv inkişaf strategiyasında süni intellektin, avtomatlaşdırılmış sistemlərin, robot texnologiyalarının tətbiqini nəzərə alarsa, informasiya bazarında mövqelərini daha yaxşı möhkəmləndirə bilərlər.
Konfransın dəvətli qonağı - “Amazon” şirkətinin nümayəndəsi dillərin tərcüməsi və səsləndirilməsi texnologiyalarından danışıb. Qeyd edək ki, AZƏRTAC bir neçə xarici dildə videoxəbər hazırlanmasında “Amazon” şirkətinin robot səsləndirmə texnologiyasından (NTTS) artıq bir ilə yaxındır istifadə edir. Bu metodika neyron texnologiyasına əsaslanır, özü öyrənən avtomatlaşdırılmış mexanizm olaraq sintetik nitq yaradır. Bu səbəbdəndir ki, robotların səsləndirilməsi insan səsinə maksimum yaxındır.
Süni intellektə qarşı çıxan jurnalistlər də var. Konfrans ərəfəsində France Press agentliyinin sabiq əməkdaşı Filip Oninnen mövzuya etiraz olaraq, insan beyninin daha mükəmməl və lazımlı olduğunu deyib. Onun fikrincə, robot texnologiyaları jurnalistlərin iş yerlərini itirməsinə gətirib çıxarır.
Jurnalistlər də etiraf edirlər ki, yeni texnologiyalar jurnalistikada daha sürətlə işləyən “personal”ın - robotların gəlişi deməkdir. Görünən odur ki, xəbər agentliklərinin də “Facebook”, “Google” kimi üztanıma, səslə idarəetmə və digər sistemlərdən fəal istifadə etməsi çox da uzaqda deyil.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

