AHİK sədri Albaniya Həmkarlar İttifaqının qurultayında iştirak edir
19.09.2019 [09:27]
Sentyabrın 18-də Albaniyanın paytaxtı Tirana şəhərində Albaniya Müstəqil Həmkarlar İttifaqı Birliyinin 7-ci qurultayı öz işinə başlayıb. Qurultayda Birliyin prezidenti Gezim Kalaya siyasi hesabatla çıxış edib. Qurultayda, həmçinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Baş katibi Şaron Barrounun məruzəsi dinlənilib. Daha sonra qurultaya dəvət olunmuş xarici nümayəndə heyətləri çıxış edərək qurultayın işinə uğurlar arzulayıblar.
Bu barədə AZƏRTAC-a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından məlumat verilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, BHİK-in vitse-prezidenti Səttar Möhbalıyev qurultayda çıxış edib. S.Möhbalıyev qurultay iştiraçılarını öz adından və Azərbaycan Həmkalar İttifaqlarının bütün üzvləri adından salamlayıb və qurultayın işinə müvəffəqiyyətlər arzulayıb.
AHİK sədri bildirib ki, Azərbaycan ilə Albaniya arasında olan əlaqələr uzun illərdir uğurla inkişaf etməkdədir. Dövlət rəhbərlərimizin səyi nəticəsində bu uğurlu inkişaf bu gün də davam etdirilməkdədir. Azərbaycan və Alban xalqları etnik və mədəni dəyərlər baxımından da bir-birlərinə çox yaxındırlar. Cari ilin martında prezidentlərimizin 7-ci Qlobal Bakı Forumundakı son görüşlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan Albaniya ilə olan ikitərəfli münasibətlərə böyük əhəmiyyət verir. Albaniya Respublikasının Prezidenti İlir Meta öz növbəsində bildirib ki, Albaniya da müxtəlif sahələrdə, xüsusilə də turizm sahəsində Azərbaycan ilə əlaqələrin genişləndirilməsində, həmçinin Albaniyada Azərbaycanın yerli qaz təchizatı sisteminin yaradılmasında maraqlıdır. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdikləri və hər zaman bir-birinə dəstək verdikləri vurğulanıb. Azərbaycanın Albaniya ilə birgə həyata keçirdiyi layihələr əməkdaşlığımızı daha da möhkəmləndirir.
S.Möhbalıyev qeyd edib ki, dövlət başçılarımızın görüşlərinin və onların arasında bağlanmış müqavilələrin böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, öz növbəmizdə biz də bütün razılaşmaların həyata keçirilməsində fəal iştirak etməklə, respublikalarımızın həmkarlar ittifaqlarının qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi diqqət yetiririk.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Albaniyanın Müstəqil Həmkarlar İttifaqları Birliyi arasında uzunmüddətli münasibətlər vardır. Biz Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və digər beynəlxalq təşkilatlar tərəfindən keçirilən tədbirlərdə mütəmadi olaraq görüşlər keçiririk. Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin nümayəndə heyəti keçən il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Qurultayında, hazırda isə biz sizin ali orqanınızın qurultayında iştirak edirik və bu, bir ənənə halını alıb. Cari ilin may ayında respublikamızda keçirilən Beynəlxalq Əmək Təşkilatının (BƏT) tədbirində Gezim Kalajanın iştirakını və onunla görüşümüzü çox yaxşı xatırlayıram. O görüşdə biz Kalaja ilə birlikdə Azərbaycan və Albaniya Həmkarlar ittifaqları arasında yaranan yüksək səviyyəli münasibətləri bir daha müzakirə etməklə “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Albaniya Müstəqil Həmkarlar İttifaqı Birliyi arasında əməkdaşlıq haqqında” Sazişi imzaladıq. Təkcə bu Sazişin imzalanması bizim həmkarlar ittifaqı ilə Albaniya Müstəqil Həmkarlar İttifaqı Birliyi arasında çox yaxın əlaqələrimizin olduğunun göstəricisidir.
AHİK sədri daha sonra respublikamızda son illər sosial sahədə həyata keçirilən uğurlu islahatlar haqqında qurultay iştirakçılarına məlumat verərək bildirib ki, həyata keçirilən islahatlar ölkəmizdə işsizliyin səviyyəsini 5 faizə, yoxsulluğun səviyyəsini isə 5,1 faizə endirib. Cari ilin əvvəlindən başlayaraq isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki sosial paket təsdiqləndi ki, bu da 4,2 milyon insanı əhatə edir. İki sosial paketin maliyyə tutumu bu il üçün 1,35 milyard, gələn il üçün isə 1,76 milyard ABŞ dolları dəyərindədir. Bu isə o deməkdir ki, Azərbaycanda 1 il ərzində 2 dəfə minimum əməkhaqqı və minimum pensiya artırılıb. Ölkəmiz bu göstərici üzrə Müstəqil Dövlətlər Birliyində müvafiq olaraq birinci yerdə qərarlaşıb. Azərbaycan dövləti əldə edilən əlavə gəlirlərin demək olar ki, tam həcmini sosial sahəyə yönəldir. Bir sözlə, sosial sahə bizim respublika üçün prioritet sahədir və hər zaman bu sahə ölkə rəhbərliyinin diqqət mərkəzində olub, bu gün də belədir.
S.Möhbalıyev qurultay iştirakçılarının diqqətini Dağlıq Qarabağ məsələsinə yönəldərək bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikası ərazisinin təxminən beşdəbiri işğal olunub, 20 min insan həlak olub, 50 min nəfər yaralanıb, əlil olub və Azərbaycan Respublikasının təxminən 5000 vətəndaşı indiyədək itkin düşüb. Azərbaycan Respublikasına qarşı təcavüz ölkənin sosial-iqtisadi həyatına ciddi ziyan vurub. İşğala son qoyulması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi dörd qətnaməyə Ermənistan əməl etməyərək işğalçılıq siyasətini davam etdirir. Onlar atəşkəs xətti boyu Azərbaycan əsgərləri ilə yanaşı, ətraf ərazilərdə yaşayan dinc əhaliyə də atəş açır, onları qətlə yetirirlər. Ölkə daxilində təxminən hər 8 nəfərdən biri qaçqın və köçkünə çevrilib. Məcburi köçkün düşmüş vətəndaşların da sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılaraq onların müavinətləri də ölkə rəhbərliyi tərəfindən 50 faiz artırılıb.
Rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışan S.Möhbalıyev deyib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu gün 26 üzv təşkilatı və milyon yarıma yaxın üzvü öz ətrafında birləşdirir: “Biz hər il Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Baş Kollektiv Saziş imzalayırıq, Baş Sazişdə işçilərin sosial-iqtisadi mənafeləri ilə bağlı tələblər öz əksini tapır. Son illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununda, Əmək və İnzibati Xətalar məcəllələrində və digər qanunlarda işçilərin mənafelərinin müdafiəsi ilə bağlı bir sıra dəyişikliklər və əlavələr edilib.
Ümid edirəm ki, siz Beynəlxalq Həmkarlar İttifaqlarının üzv təşkilatlar üçün verdiyi tövsiyələri nəzərə almaqla orada qaldırılan məsələlərin həlli üçün bütün imkanlarınızı səfərbər edəcəksiniz və bu gün qəbul edəcəyiniz qərarlar üzvlərinizin sosial-iqtisadi hüquqlarının qorunmasına, sosial problemlərinin həllinə sanballı töhfələr verməklə yanaşı, ümumilikdə həmkarlar ittifaqlarınızın işçilərin sosial problemlərinin həllində mübarizliyini bir daha artıracaqdır”.
Qurultay üz işini sentyabrın 19-da da davam etdirəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

