/ / Azərbaycanda məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar Avropa Şurası tərəfindən təqdir edilir
Azərbaycanda məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar Avropa Şurası tərəfindən təqdir edilir
12.09.2019 [09:42]
Sentyabrın 11-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Zakir Qaralov Azərbaycanda Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verildiyini xüsusi vurğulayaraq müstəqilliyin bərpasından sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş məqsədyönlü işlərdən danışıb, Avropa Şurası ilə münasibətlərin tarixinə nəzər salıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla davam etdirildiyini bildirən Baş prokuror müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsi sisteminin formalaşdırılması ilə əlaqədar dövlətimizin başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası ilə bağlı Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişikliyin edildiyini, Məcəllədə indiyədək nəzərdə tutulmuş 18 növ cinayət əməlinin dekriminallaşdırılması, cinayət məsuliyyətinə alternativ olan tədbirlərin tətbiqi əsaslarının xeyli dərəcədə genişləndirilərək, 152 növ cinayətin sanksiyasına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması barədə məlumat verib, bu humanistləşdirmə tədbirlərinin bu günədək 10 minə yaxın şəxsə şamil olunduğunu bildirib.
Həmin tədbirlərin davamı olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlərin görülməsi, cəzaların icrasında müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla elektron nəzarət vasitələrinin tətbiqi məqsədilə Ədliyyə Nazirliyində Probasiya Xidmətinin yaradıldığı qeyd olunub.
Bundan başqa, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davamı olan Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı barədə məlumat verən Baş prokuror ölkə məhkəmələrinin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, elektron xidmətlərin göstərilməsi, hakimlərin sayının artırılması və sosial müdafiəsinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyəti subyektlərinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, eləcə də cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi istiqamətində həmin Fərmanla verilmiş tövsiyə və tapşırıqlar barədə danışıb.
Baş prokuror qeyd edib ki, həmin tövsiyə və tapşırıqların icrası ilə əlaqədar Ədliyyə Nazirliyi, Ali Məhkəmə və Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrinə 400-ə yaxın dəyişikliyin edilməsi haqqında qanun layihələri hazırlanıb.
Görüşdə xalqımızın ağrılı yeri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olması, bir milyondan artıq qaçqın və məcburi köçkünün doğma yurdlarından didərgin düşdüyünü qeyd edən Baş prokuror işğala məruz qalmış ərazilərimizdə yaradılmış qondarma “məhkəmələr” tərəfindən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin doğma torpağında casus adı ilə həbs edilərək əsirlikdə saxlanılmasının insan hüquqlarının pozuntusunun bariz nümunəsi olduğunu qonağın diqqətinə çatdırıb.
Baş Prokurorluğun insan hüquqları və qanunun aliliyi sahəsində Avropa Şurası ilə əməkdaşlığa hər zaman hazır olduğunu bildirən Zakir Qaralov cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən korrupsiyaya qarşı mübarizə istiqamətində atılan addımlar barədə məlumat verib, bu işdə həm əhali, həm beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən və dünyada artıq Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini xüsusi qeyd edib.
Ölkəmizlə bağlı xoş təəssüratlarından danışan Xristos Cakumopolos, Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbəri qismində Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatların Avropa Şurası tərəfindən təqdir olunduğunu və dəstəkləndiyini diqqətə çatdırıb. O, Avropa Şurası ekspertlərinin azərbaycanlı həmkarları ilə bundan sonra da sıx və əlaqəli şəkildə işləmək niyyətini ifadə edərək, korrupsiyanın aradan qaldırılması ilə bağlı görülən işləri yüksək qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

