Komitə sədri: Məhərrəmlik mərasimləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olmalıdır
10.09.2019 [09:46]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə Məhərrəm ayı ilə bağlı monitorinqlər həyata keçirir.
“Trend”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
M.Qurbanlı deyib ki, monitorinqlərə əsasən məscidlərdə Məhərrəm ayı ilə bağlı keçirilən mərasimlər Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olmalıdır: “Monitorinqin əsas məqsədi odur ki, bu mərasimlərin fətvaya uyğun keçirilib-keçirilmədiyi, hər hansı qanun pozuntusunun olub-olmadığı yoxlanılır. Bütün bu məlumatları toplayırıq və birgə müzakirə edirik. Əgər hər hansı məsciddə fətvadan kənaraçıxma halları və yaxud qanun pozuntusu olarsa, bununla bağlı müvafiq tədbirlər görülür. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həmin məscidin imamına xəbərdarlıq olunur ki, bunlar təkrar olunmasın. Hələ ki elə bir ciddi qanun pozuntusu aşkar etməmişik, fətvaya uyğun şəkildə mərasimlər keçirilir”.
Komitə sədri vurğulayıb ki, əsas mərasim Aşura günü olan mərasimdir: “Həmin gün Qafqaz Müsəlmanları İdarəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, eyni zamanda, ayrı-ayrı dini konfessiyaların nümayəndələri Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə qanvermə aksiyasında iştirak edəcəklər. Mən də həmin qanvermə aksiyasında iştirak edəcəyəm. Aşura günü ilə bağlı keçirilən mərasimlərdə bəzən qançıxarma, başyarma, zəncirvurma kimi hərəkətlərə yol verilir. Bu hərəkətlər dinimizdə də bəyənilmir. Ona görə bunun əvəzinə qanvermə aksiyaları keçirilir”.
M.Qurbanlı əlavə edib ki, eyni zamanda, respublika üzrə qanvermə keçiriləcək yerlərin siyahısı artıq elan edilib: “Səhiyyə Nazirliyi bununla bağlı müvafiq göstərişlər verib, qruplar ayrılıb. Həmin aksiyalarda vətəndaşlarımızın iştirak etməsi olduqca əhəmiyyətlidir.
Əminəm ki, qan verənlərin sayı kifayət qədər yüksək olacaq. Ötən il 5000-dən çox vətəndaş qanvermə aksiyasında iştirak edib. Bunun müsbət tərəfi hamıya məlumdur, çünki qana ehtiyacı olan xəstələr var. Verilən qanlar tibbi nöqteyi-nəzərdən yoxlanıldıqdan sonra Qan Bankına daxil edilir”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

