Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / COJEP beynəlxalq təşkilatının nümayəndələri Mətbuat Şurasında olublar

COJEP beynəlxalq təşkilatının nümayəndələri Mətbuat Şurasında olublar

06.09.2019 [09:02]

Sentyabrın 5-də COJEP (Council of Youth Multicultural) beynəlxalq təşkilatının rəhbəri Əli Gedikoğlunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub.
Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən, beynəlxalq təşkilatlarla əlaqələrindən danışıb.
Əli Gedikoğlu bildirib ki, 2007-ci ildən beynəlxalq qurumlarda təmsil olunan COJEP-in mərkəzi Strasburqda yerləşir. Təşkilat Avropanın 14 ölkəsində fəaliyyət göstərir, irqçiliyə, ayrı-seçkiliyə, islamofobiyaya qarşı mübarizə, demokratikləşmə, bərabər hüquqlar istiqamətində çalışır.
Görüşdə əməkdaşlığın qurulması yolları ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31