/ / Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbul olunan hərbi tibb fakültəsinin məzunları ilə görüş keçirilib
Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbul olunan hərbi tibb fakültəsinin məzunları ilə görüş keçirilib
05.09.2019 [09:37]
Azərbaycan Prezidenti İlham Əliyevin ədliyyə orqanlarının inkişafı, o cümlədən penitensiar sistemin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq məhkumların və təqsirləndirilən şəxslərin sağlamlığının mühafizəsi, onlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üzrə məqsədyönlü tədbirlər davam etdirilir. Bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqda müsbət nəticələrə nail olunub və artıq bir çox dövlətlər Azərbaycan təcrübəsindən faydalanırlar.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, penitensiar sahədə fəaliyyətin müasirləşdirilməsi, həmçinin ədliyyə işçilərinin tibbi təminatının gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyində yüksək ixtisaslı həkimlərə ehtiyac nəzərə alınaraq Nazirlər Kabinetinin sərəncamına əsasən Azərbaycan Tibb Universitetinin (ATU) hərbi tibb fakültəsinə 2009-cu ildən etibarən nazirlik üçün tələbə qəbulu həyata keçirilir. Nazirlik tərəfindən həmin tələbələrlə təhsil müddətində mütəmadi əlaqə saxlanılıb, onlara penitensiar və tibb xidmətlərində qulluq keçmənin xüsusiyyətləri aşılanıb, bu sahədə təcrübə keçməklə peşə vərdişlərinə yiyələnmələrinə hər cür şərait yaradılıb.
Ədliyyə Nazirliyi üçün hazırlanan ATU-nun hərbi tibb fakültəsinin xüsusi təhsil almış builki 15 məzunu nazirliyin sərəncamına göndərilib.
Ədliyyə naziri Fikrət Məmmədov ədliyyə orqanlarına qulluğa qəbul edilən gənc həkimləri qəbul edib.
Tədbirdən öncə Fəxri xiyabanda müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edən gənclər, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Nazirlikdə keçirilmiş tədbirdə çıxış edən nazir F.Məmmədov Ulu Öndərin siyasi kursunu layiqincə davam və inkişaf etdirən Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisini, dünyada ən islahatçı dövlətlərdən olduğunu və bütün sahələrdə qazanılan yüksək nailiyyətləri vurğulayıb, Azərbaycan ədliyyəsinin inkişafı və müasirləşdirilməsi üzrə görülən işlər barədə məlumat verib, dövlətimizin gənclərin hərtərəfli inkişafına yüksək qayğısından bəhs edib.
Bildirib ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq ədliyyə orqanlarında gənclər geniş təmsil olunurlar. Onların işlə təminatı daim diqqətdə saxlanılaraq müasir İKT-lər tətbiq olunmaqla və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə şəffaf seçimlər əsasında qulluğa qəbul edilirlər. Hazırda ədliyyə sistemində çalışan işçilərin təxminən yarısını gənclər təşkil edir və onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.
Eyni zamanda, ölkədə geniş vüsət alan könüllülük hərəkatının ədliyyə sahəsində təşviq olunaraq hazırda 600-dən çox ədliyyə könüllüsünün fəaliyyətə cəlb edildiyi bildirilib.
Penitensiar sistemdə və tibb xidmətində aparılan islahatlardan geniş söhbət açan nazir məzunlara dövlətçiliyə sədaqətlə xidmət etmələri, insanlara qayğılı münasibət göstərmələri, xidməti vəzifələrini layiqincə yerinə yetirmələri, etik davranış qaydalarına dönmədən əməl olunması barədə tapşırıqlarını verib, uğurlu fəaliyyət arzulayıb.
Çıxış edən məzunlar müstəqil Azərbaycanımızın gələcək tərəqqisi naminə əzmlə çalışacaqlarını, dövlət gənclər siyasətini uğurla davam etdirən ölkə başçısına layiqli yardımçı olacaqlarını vurğulayaraq, vəzifə borclarını məsuliyyətlə yerinə yetirəcəklərinə, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.
Yeni təyinat alan həkim-zabitlər Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli qaydada and içiblər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39

