/ / Dünya Baptist Alyansı İttifaqının nümayəndələri Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
Dünya Baptist Alyansı İttifaqının nümayəndələri Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
04.09.2019 [09:34]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 3-də Dünya Baptist Alyansı İttifaqının nümayəndələri ilə görüşüb.
DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Dövlət Komitəsinin sədri Azərbaycandakı sabit dini vəziyyət, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı, o cümlədən tolerant və multikultural dəyərlərin təbliği sahəsində görülən işlər haqqında ətraflı məlumat verib.
Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu nümunəvi dövlət-din münasibətləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin din siyasəti dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlərboyu formalaşmış tolerantlıq ənənələrinin, eyni zamanda, xalqımızın milli-mənəvi dəyərlərinin daha da möhkəmlənməsinə yönəlib. Komitə sədri vurğulayıb ki, ölkədəki dini durumun sabitliyi, tolerantlığın səviyyəsinin yüksək olması, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyin olmaması qeyri-islam dini qurumların fəaliyyətinə əlverişli şərait yaradır. Azərbaycanda 35 qeyri-islam dini qurumun dövlət qeydiyyatına alındığını diqqətə çatdıran M.Qurbanlı İslam təmayüllü dini icmalarla yanaşı, onlara da dövlət büdcəsindən maddi yardım göstərilməsinin artıq ənənəyə çevrildiyini qeyd edib.
Mübariz Qurbanlı söhbət zamanı qonaqları Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasəti barədə də məlumatlandırıb, bütün beynəlxalq konvensiyaların şərtlərini pozaraq tarixi abidələrimizə qarşı törədilən cinayətlərə diqqət çəkib.
Ölkəmizdə dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir-birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayandığını bildirən Dünya Baptist Alyansı adından BMT-nin Cenevrədəki daimi nümayəndəsi R.Şeyn Makneri Azərbaycanın nümunəvi tolerantlıq və multikulturalizm mühiti sərgiləməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, beynəlxalq ictimaiyyət və dünyəvi dövlətlər bu yanaşmanı nümunə kimi qəbul etməlidirlər.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılan görüşün sonunda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

