Jurnalistlər "Bizim Tarla" markasının istehsal edildiyi müəssisədə olublar
26.08.2019 [17:46]
Ölkənin aparıcı KİV nümayəndələri üçün Azərbaycanın ilk müasir kənd təsərrüfatı kompleksinə mediatur təşkil edilib. Mediatur zamanı bildirilib ki, artıq 13 ildir uğurla fəaliyyət göstərən "Azərsun Kənd Təsərrüfatı Məhsulları" müəssisəsi 4500 hektar ərazini əhatə edir. İllərdir həm ölkəmizdə, həm də xaricdə istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan "Bizim Tarla" markasının hazırlandığı məhsullar məhz bu sahələrdə yetişdirilir. Daha sonra yetişdirilən məhsullar təravətini itirmədən kənd təsərrüfatı kompleksinin nəzdində fəaliyyət göstərən Biləsuvar Konserv Zavoduna göndərilərək emal edilir.
Əkin sahələrinə baş çəkən KİV təmsilçilərinə bu ərazilərin əvvəl əkinə tamamilə yararsız olduğu bildirilib. "Azərsun Holdinq" tərəfindən rekultivasiya işləri aparılaraq drenaj xətləri çəkilib və ən müasir aqrotexniki avadanlıqlardan Azərbaycanda ilk dəfə istifadə olunaraq bu sahələrdən yüksək məhsuldarlıq əldə edilib. Mediaturda iştirak edən jurnalistlərin suallarını cavablandıran baş aqronom Səxavət Hüseynov hazırda pomidor sahələrindən yığım işlərinin yekunlaşmaq üzrə olduğunu söyləyərək, torpağa aqrotexniki qulluğun ən yüksək səviyyədə həyata keçirildiyini bildirib. O, torpaqların zənginləşdirilməsi üçün əsasən müəssisə daxilində fəaliyyət göstərən heyvandarlıq kompleksində hazırlanan üzvi gübrədən istifadə edildiyini deyib.
"Bizim Tarla"nın marketinq müdiri Sara Rzayeva əvvəllər əkinə tamamilə yararsız bu ərazilərdə indi pomidor, yaşıl noxud, xiyar, badımcan, qarğıdalı və digər tərəvəzlərin yetişdirildiyini bildirib. O, bu müəssisənin "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq insanların sosial rifah halının yüksəlməsində mühüm rol oynadığını söyləyib. Ətraf ərazilərdə 11 məcburi köçkün qəsəbəsinin mövcud olduğunu söyləyən Sara Rzayeva sakinlərin illərdir bu müəssisədə işlə təmin edildiyini deyib.
Bildirilib ki, "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Goozalın keyfiyyət fəlsəfəsinə uyğun olaraq bu müəssisədə keyfiyyətə nəzarət ən yüksək səviyyədə təmin edilir. Xammal, aqrotexniki qulluq, avadanlıq və texniki park, peşəkar mütəxəssislər, laborator analizlər, istehsal və saxlama prosesini əhatə edən keyfiyyət zəncirinin bütün mərhələlərinə xüsusi həssaslıqla yanaşılır.
Sonra jurnalistlər "Bizim Tarla", "Saville" kimi sevilən nar şirələrinin xammalının yetişdirildiyi nar bağlarına baş çəkiblər. Burada toplanılan məhsulun tam orqanik olduğunu bildirən mütəxəssislər ərazidə gülöyşə, vələs və digər nar növlərinin əkildiyini deyiblər. Daha sonra Biləsuvar Konserv Zavodunda olan jurnalistlərə əkin sahələri ilə istehsal müəssisəsinin eyni ərazidə yerləşməsinin keyfiyyətli məhsulun əldə olunmasında müstəsna rol oynadığı bildirilib. Belə ki, sahələrdən toplanılan məhsul qısa vaxt ərzində zavoda gətirilərək konservləşdirilir ki, bu da məhsulun təravətinin qorumasına səbəb olur. KİV nümayəndələrinin suallarını cavablandıran "Bizim Tarla" markasının marketinq meneceri Bəhruz Hüseynov müəssisənin fəaliyyətinin "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı"na uyğun həyata keçirildiyini və istehsal potensialının bütün ölkənin tələbatını qarşılamağa imkan verdiyini bildirib. Marketinq menecer məhsulların əkilməsi ilə bərabər, yerli fermerlərdən də satın alındığını və onların sosial rifah halının yüksəldilməsinə töhfə verildiyini deyib. O həmçinin Biləsuvar Konserv Zavodunda məhsulun istehsaldan sonra anbarlarda saxlanma şəraitinin (rütubət və temperatur) ən müasir avadanlıqlar hesabına təmin edildiyini bildirib və qeyd edib ki, məhsullar satış nöqtələrinə tam sağlam şəkildə təslim edilir. İstehsal müəssisəsini ziyarət edən jurnalistlərin yaradılan iş şəraiti ilə bağlı suallarını cavablandıran məcburi köçkün İlhamə xanım artıq 7 ildir burada çalışdığını söyləyib. O, bütün məişət qayğılarını və yaşayışlarını məhz bu müəssisədə çalışmaqla qarşıladıqlarını deyib. O, regionlarda istehsal müəssisələrinin açılmasına ayırdığı diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq edib. Müəssisə əməkdaşı həmçinin "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Goozalanın diqqəti nəticəsində burada yüksək iş şəraiti yaradıldığını bildirib.
Biləsuvar Konserv Zavodunu ziyarət edən jurnalistlərə müəssisə barədə məlumat verən istehsal sahə rəisi Ceyhun Hacımuradov onlara istehsal prosesinin bütün mərhələlərində laborator analiz və testlərin həyata keçirildiyini bildirib. Media mənsublarının məhsulun tərkibində yad cismin necə aşkar edildiyi barədə sualına isə o, praktiki şəkildə cavab verib. Belə ki, jurnalistlərə istehsal xətti üzərində quraşdırılmış detektoru yoxlamaq şəraiti yaradılıb. Qonaqlar test üçün tomat məhsulunun tərkibinə yad cisim əlavə edərək onu istehsal xəttinə qoyduqda detektor dərhal bu barədə məlumat bildirərək istehsal prosesini dayandırıb və yararsız məhsulu istehsal xəttindən uzaqlaşdırıb. Bununla da KİV nümayəndələrinə hazır məhsulun tərkibinə yad cismin düşməsinin qeyri-mümkün olduğu nümayiş etdirilib. Qeyd edək ki, dünyanın 40-dan artıq ölkəsinə ixrac edilən "Bizim Tarla" markasının əsasını təşkil edən məhsulların yetişdirildiyi "Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC və Biləsuvar Konserv Zavodu dünyada böyük nüfuza malik Global GAP, BRC və digər məşhur sertifikatlara malikdirlər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

