/ / YAP Qaradağ rayon təşkilatı Qadınlar Şurasının üzvləri ön xətdə yerləşən "N" saylı hərbi hissədə şəxsi heyətlə görüş keçirib
YAP Qaradağ rayon təşkilatı Qadınlar Şurasının üzvləri ön xətdə yerləşən "N" saylı hərbi hissədə şəxsi heyətlə görüş keçirib
27.08.2019 [16:06]
Bu günlərdə Qaradağ rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Qadınlar Şurasının üzvləri ön xətdə yerləşən "N" saylı hərbi hissədə şəxsi heyətlə görüş keçirib. YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının fəal üzvləri hərbi hissədə yaradılan şəraitlə yaxından tanış olub, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.
Qonaqlar burada əsgərlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılan şəraitdən, ərzaq, əşya, eləcə də digər təminatların keyfiyyətindən məmnun qaldıqlarını bildirib, dövlət başçısına Azərbaycan Ordusunda xidmət edən övladlarımıza yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd olunub ki, ordu quruculuğundakı uğurlar hamımızın gözü önündədir. Azərbaycan Ordusunun gücünün, döyüş əhval-ruhiyyəsinin artırılması, müasir hərbi texnika ilə təchiz olunması, əsgərlərin, hərbi qulluqçuların məişət şəraitinin yüksəldilməsi Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir. Görüşdə Prezident, Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycanın möhtəşəm uğurlara nail olduğu, respublikanın müdafiə qabiliyyətinin durmadan möhkəmləndiyi, hərbi-texniki potensialın gücləndirilməsi ilə Azərbaycan Ordusunun Cənubi Qafqazda ən güclü orduya çevrildiyi diqqətə çatdırılıb: "Bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu da yüksək səviyyədədir. Azərbaycanın möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordusu var. Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır".
YAP Qaradağ rayon təşkilatı Qadınlar Şurasının sədri Hicran Xəlilova da qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla davam etdirilir. H.Xəlilova bu sahədə qazanılan nailiyyətlərin qürur hissi doğurduğunu, respublikamızda siyasi-iqtisadi və sosial islahatların mütəmadi olaraq həyata keçirildiyini sözlərinə əlavə edib.
YAP Qaradağ rayon təşkilatının sədr müavini Hicrət Qaradağlı bildirib ki, güclü ordu üçün ən əsas şərtlərdən biri də şəxsi heyətin mənəvi-psixoloji vəziyyətidir: "Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq xalqımızın maddi rifahına təsir edən bütün tədbirlər Azərbaycan Ordusunun şəxsi heyətində mənəvi-psixoloji ruh yüksəkliyi yaradıb".
Tədbirdə Qaradağ rayon 106, 288 nömrəli məktəblərin və 8 saylı Bakı Peşə Liseyinin şagirdlərinin əsgərlərə ünvanladığı məktublar şəxsi heyətə çatdırılıb.
Daha sonra xidmətdə fərqlənən bir qrup əsgər və zabit YAP Qaradağ rayon təşkilatı Qadınlar Şurası tərəfindən mükafatlandırılıb, hərbi qulluqçulara hədiyyələr təqdim edilib. Rəsmi hissədən sonra gənc müğənnilər – Aydın Sani, Süleyman Niftəliyev, Zaur Əzimli, Zümrüd Məmmədova və başqalarının ifasında konsert proqramı təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10

