Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Regional İnkişaf” İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib

“Regional İnkişaf” İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib

18.07.2019 [09:14]

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) birgə təşkilatçılığı ilə Balakən şəhərində açıq havada ailələr arasında stolüstü tennis turniri keçirilib. Turnirdə 30-dan çox ailə iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk dəfə təşkil edilən turnirin əsas məqsədi regionlarda idmana marağı artırmaq, sağlam həyat tərzinin təbliğinə, eyni zamanda, sakinlərin asudə vaxtlarının səmərəli təşkilinə dəstək verməkdir.
Ailələrin yarışından əvvəl RİİB könüllüləri və ASTF-in üzvləri arasında yoldaşlıq görüşü keçirilib.
Ailələrin turniri iki saat davam edib və sonda qaliblər müəyyənləşib. Turnirin finalında Quliyevlər və Dibirovlar ailələri qarşılaşıblar. Quliyevlər ailəsi 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb. Məmmədovlar ailəsi turniri üçüncü pillədə başa vurub.
İlk üç yerin sahiblərinə kubok və qiymətli hədiyyələr, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.

Paylaş:
Baxılıb: 541 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31