Türkiyədə Azərbaycan dilində olan xəbər portalı fəaliyyətə başlayıb
16.07.2019 [09:31]
Ülkər Piriyeva: Azərbaycan-Türkiyə dostluq münasibətlərinin inkişafı istiqamətində KİV olaraq üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağıq
Türkiyədə Azərbaycan dilində olan xəbər portalı - Avrasyabulteni.com saytı fəaliyyətə başlayıb. Bu barədə saytın baş redaktoru Ülkər Piriyeva məlumat verib. Qəzetimizin qonağı olan jurnalist bildirib ki, xəbər portalında həmçinin Türkiyə türkcəsi, ingilis və rus dillərində xəbərlər, təhlil yazıları və şərhlər yayımlanacaq. Sayt müxtəlif bölmələr üzrə oxuculara maraqlı məlumatlar, müsahibə və araşdırmalar, analitik təhlillər, layihələr təqdim edəcək. Yeni yaradılmış internet saytı 4 bölmə və Qarabağ, Kərkük və Krım xəbərlərinin yerləşdirildiyi 3 yarımbölmədən ibarətdir.
Vurğulanıb ki, yeni saytın istifadəyə verilməsi ən son ictimai-siyasi yeniliklərin, mədəniyyət və incəsənət sahəsində həyata keçirilən tədbirlərin daha geniş və çevik işıqlandırılmasına şərait yaradacaqdır. Bu həm də mədəni dəyərlərin təbliğində əhəmiyyətli rol oynayacaqdır.
Məlumat üçün bildirək ki, Ü.Piriyeva Türkiyənin Ankara şəhərində yerləşən Hacettepe Universitetində İqtisadi İdarəetmələr fakültəsinin Siyasi Elmlər (Politologiya) ixtisası üzrə magistratura təhsili alıb. Bununla yanaşı, qardaş ölkədə jurnalist kimi fəaliyyətini davam etdirib. Türkiyədə baş tutan beynəlxalq tədbirlər barədə yerli mediaya operativ informasiyalar ötürüb: “Bir sözlə, bu peşəyə olan sevgim məni vadar etdi ki, belə bir saytı araya-ərsəyə gətirək. İlk dəstək isə 1908-ci ildən bu yana nəşr edilən “Səbilürrəşad” jurnalının yayım koordinatoru Mehmet Poyrazdan gəldi. Dəstəyinə və faydalı məsləhətlərinə görə minnətdarlığımı bildirirəm. İnformasiya müharibəsinin geniş yayıldığı müasir dövrdə bizim də əsas məqsədimiz Qarabağ həqiqətlərini, Xocalı soyqırımı haqqında bütün faktları dünyaya çatdırmaqdan ibarətdir”.
“Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün nümunəvi qardaşlıq örnəyidir. Ölkəmizdə olduğu kimi, qardaş respublikada da Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin daha da inkişafı üçün davamlı addımlar atılır. Biz də Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin inkişafı istiqamətində KİV olaraq üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağıq”, - deyə Ü.Piriyeva əlavə edib.
Qeyd edək ki, Avrasyabulteni.com saytının genel yayın koordinatoru Türkiyə vətəndaşı jurnalist-yazıçı Mehmet Poyrazdır.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

