/ / Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
12.07.2019 [09:41]
İyulun 11-də M.F.Axundzadə adına Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Ulu Öndərin fəaliyyətinə həsr olunan videoçarx nümayiş edilib.
Mili Kitabxananın direktoru, professor Kərim Tahirov Azərbaycan xalqının, dünya azərbaycanlılarının taleyində əhəmiyyətli rol oynayan, müasir ölkəmizin inkişafında əvəzsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş söhbət açıb. Professor çıxışında Ulu Öndərin 1969-cu ildən başlayaraq Azərbaycan xalqının rifahı naminə gördüyü işlərdən, Azərbaycanın müstəqillik tarixində taleyüklü məsələlərin həll olunmasındakı əhəmiyyətli rolundan danışıb. O, Ümummilli Liderin zəngin dövlətçilik prinsiplərinin Onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında bildirib ki, Ulu Öndər Öz fəaliyyəti ilə müasir Azərbaycan dövlətinin memarı, qurucusu oldu. Nazir müavini Ümummilli Liderin sovetlər birliyində Azərbaycana rəhbərlik etdiyi dövrdə təhsil, elm, mədəniyyət, iqtisadiyyat, kənd təsərrüfatı, energetika, neft-kimya sahəsinin inkişaf etdiyini, qısa zaman ərzində xalqımızın maddi və sosial rifahının yüksəldiyini söyləyib. Müstəqillik illərində Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən danışan Vaqif Əliyev hazırda Azərbaycanın dünyada sayılıb-seçilən bir dövlət olduğunu vurğulayıb.
Daha sonra Ümummilli Liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş qısa film nümayiş olunub.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov çıxış edərək Azərbaycan tarixinin böyük bir hissəsinin Ulu Öndərin adı ilə bağlı olduğunu, Onun ölkəmizə rəhbərliyi dövründə müasir Azərbaycan dili dərslikləri hazırlandığını, dövlət idarələrində Azərbaycan dilinin nüfuz qazandığını, bütövlükdə xalqın oyadılması istiqamətində uğurlu addımlar atıldığını söyləyib.
Tədbirdə Milli Məclisin deputatları Hikmət Babaoğlu, Aqil Abbas, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən, Ümummilli Liderin xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan söhbət açıblar.
Sonda Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan tarixinin Heydər Əliyev dövrü (1969-2019)” adlı elektron məlumat bazası təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

