UNEC-də “Ömürboyu təhsil və liderlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
10.07.2019 [10:00]
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Ömürboyu təhsil və liderlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
UNEC-in və Türkiyənin Sakarya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda ABŞ, İngiltərə, Yaponiya, Çexiya, İtaliya, Latviya, Portuqaliya, Polşa daxil olmaqla 40-a yaxın ölkədən 250-dək təhsil və elm adamı iştirak edib.
UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev ömürboyu təhsilin qloballaşan dünyada xüsusi önəm daşıdığına diqqət çəkərək, konfransın mövzusunun aktual olduğunu bildirib. UNEC-də ömürboyu təhsilin reallaşdırılması üçün bütün imkanların yaradıldığını deyən A.Rzayev UNEC Ekstern Mərkəzinin fəaliyyətindən söz açıb. Mərkəzdə regionlarda fəaliyyət göstərən KOS nümayəndələrinə idarəetmə üzrə distant təlimlərin keçirildiyini bildirib. A.Rzayev konfransın ömürboyu təhsilin inkişafı istiqamətində yeni töhfələr verəcəyinə əminliyini ifadə edərək, konfransın işinə uğurlar arzulayıb.
Konfransın Azərbaycanda keçirilməsinin əhəmiyyətindən söz açan Sakarya Universitetinin professoru Osman Titrek ömürboyu təhsilin son zamanlar təhsil sahəsində ən çox diqqət mərkəzində olan paradiqmalardan biri olduğunu qeyd edib. Bildirib ki, dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu professor və alimlərin iki gün ərzində ömürboyu təhsilin nəzəriyyələri, texnologiyaları, iqtisadi aspektləri, iqtisadi inkişafdakı rolu və digər istiqamətlərdə məruzələri dinləniləcək.
Konfransda Böyük Britaniyanin Uorvik (Warwick) Universitetinin professoru Malkom Hoare, Portuqaliyanın Koimbra Universitetinin professoru Karlos Sousa de Reis və İtaliyanın Padova Universitetinin professoru Mişel Biasutti iqtisadiyyat və təhsil arasındakı əlaqələr, təhsil liderliyi mövzularında çıxışlar ediblər.
Konfransdan sonra panel iclaslarında ömürboyu təhsilin müxtəlif istiqamətləri üzrə məruzələr dinlənilib.
Qeyd edək ki, konfransa yerli və xarici alimlərin təqdim etdiyi 350-dək məqalə elm komitəsi tərəfindən təsdiqlənib. Konfrans materialları Thomson Reuters “Web of Science” bazasında yer alan SSCI indeksli “Sustainability” jurnalında çap olunmaq üçün seçiləcək. Bundan əlavə, konfrans ESCI və SCOPUS indekslərində yer alan jurnallarla da əməkdaşlıq edir.
Konfrans iyulun 11-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

