/ / “Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf” mövzusunda konfrans keçirilib
“Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf” mövzusunda konfrans keçirilib
06.07.2019 [10:16]
İyulun 5-də Respublika Ağsaqqallar Şurası və “Azərbaycan” qəzeti Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr edilmiş “Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf” mövzusunda konfrans təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi gün Azərbaycanın müstəqilliyə gedən yolunun əsası qoyulub. SSRİ-də iqtisadi inkişaf baxımından sonuncu yerdə olan Azərbaycan Heydər Əliyevin hakimiyyəti illərində ilk yerlərdə qərarlaşdı. Azərbaycan sürətlə inkişaf etdi, Sovet İttifaqının ən qabaqcıl ölkələrindən birinə çevrildi, yüksək zirvələrə qalxdı. Heydər Əliyev Azərbaycan xalqının rifahını yaxşılaşdırdı.
Respublika Ağsaqqallar Şurasının sədri bildirib ki, Heydər Əliyev repressiya qurbanı olan insanların bəraət almasını təmin etdi, Hüseyn Cavidin nəşi Sibirdən Azərbaycana gətirildi. Heydər Əliyev sonradan Moskvadakı fəaliyyəti ilə Azərbaycanı dünyaya tanıtdı. Təəssüf ki, qısa müddətdə paxılların, xainlərin, xalqımızın düşmənlərinin qurduğu planlar nəticəsində Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırıldı və Naxçıvana qayıtdı.
Azərbaycanın 1990-1993-cü illərdə üzləşdiyi problemlərdən, torpaqlarımızın işğalından danışan F.Heydərov deyib ki, Heydər Əliyev Naxçıvanı işğaldan qorudu. Ölkəmizin üzləşdiyi ağır vəziyyətdə xalqımızın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü ilin 15 iyunu Azərbaycan xalqının tarixində şanlı səhifələrdən biridir. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiyyətə qədər davam etməsi üçün bir yol müəyyənləşdirdi. Bu yol bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dünyada hörmətlə qarşılanan Azərbaycan Heydər Əliyevin seçdiyi yolun nə dərəcədə uğurlu yol olduğunu göstərir. Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin tolerant şəraitdə yaşadığı bir ölkədir. Azərbaycan iqtisadi, mədəni və digər sahələrdə inkişafın nümunəsidir.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxışında bildirib ki, Ulu Öndər Öz fəaliyyəti ilə müasir Azərbaycan dövlətinin memarı, qurucusu oldu, Heydər Əliyev kursunu yaratdı, Özünün İlham Əliyev kimi layiqli varisini yetişdirdi. Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Azərbaycan aqrar respublika idi, neft sənayesi bərbad vəziyyətdə idi. Ümummilli Lider hakimiyyətə gələndən sonra iqtisadiyyat sürətlə inkişaf etdi, Azərbaycan aqrar sənaye ölkəsinə çevrildi.
Müstəqillik illərində Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən danışan Bəxtiyar Sadıqov hazırda Azərbaycanın dünyada sayılıb-seçilən bir dövlət olduğunu vurğulayıb.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov xalqımızı fəlakətdən xilas etməyin sanki Heydər Əliyevin taleyinə yazıldığını söyləyib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Heydər Əliyevin sovetlər dövründə və müstəqillik illərindəki fəaliyyətindən söz açıb. Bildirilib ki, 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ölkəni parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda uğurla həyata keçirilir. Biz fəxr edirik ki, müstəqil Azərbaycanın vətəndaşlarıyıq.
Tədbir digər çıxışlarla davam edib.
Xəbər lenti
Hamısına baxHadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54

