/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunda olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunda olub
04.07.2019 [09:54]
İyulun 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səhiyyə Nazirliyinin Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda olub.
AZƏRTAC xəbər verir ki, institutun kollektivi Leyla Əliyevaya bu tibb müəssisəsinə gəldiyinə görə minnətdarlığını bildirib.
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev məlumat verib ki, institutda 245 çarpayılıq 8 klinik şöbə və bir çox paraklinik bölmələr fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun vitse-prezidenti burada müalicə olunan uşaqlar və onların valideynləri ilə görüşüb, balacalara hədiyyələr təqdim edib.
Azərbaycanda ilk yaradılan şəfa ocaqlarından biri olan bu tibb müəssisəsi bir əsrə yaxın vaxt ərzində ana və uşaqların sağlamlığının qorunması kimi mühüm və nəcib işə xidmət edir. Bu institutda həkim-mütəxəssislər və həkim-rezidentlər üçün mühazirələr də təşkil olunur, burada təcrübə keçən həkim-rezidentlər ayda bir dəfə pediatriyanın müxtəlif mövzularında təqdimatlarla çıxış edirlər. İnstitutda respublikanın tibb müəssisələri üçün yüksəkixtisaslı mütəxəssislər və elmi işçilər hazırlanır. Yenidoğulanların 50 çarpayılıq reanimasiya və intensiv terapiya şöbəsi respublika üzrə reanimatoloji-neonatoloji mərkəz funksiyasını yerinə yetirir. Bu tibb müəssisəsi 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunub, 1927-ci ildə isə yenidən qurularaq Ana və Uşaqları Mühafizə İnstitutuna çevrilib. İnstitutda bir çox illər ərzində pediatriya elminə və elmi kadrların hazırlanmasına böyük töhfə vermiş görkəmli alimlər çalışıb. Bu tibb müəssisəsi dünyanın aparıcı pediatrik səhiyyə müəssisələri ilə sıx əməkdaşlıq və təcrübə mübadiləsi aparır. Son illər ərzində hər il institutun bölmələrində 30 mindən çox uşağa tibbi xidmət göstərilib.
Heydər Əliyev Fondu respublikada ana və uşaqların sağlamlığının mühafizəsinə xüsusi diqqət yetirir. İndiyədək Fondun dəstəyi və təşəbbüsü ilə çox sayda ambulator-poliklinika və stasionar tibb müəssisələri təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kollektivə uğurlar arzulayıb, burada müalicə olunanlara şəfa diləyib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

