/ / Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanın davamlı inklüziv inkişafında könüllülər fəaliyyətinin rolu” istiqaməti üzrə ixtisasartırma kursuna başlanılıb
Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanın davamlı inklüziv inkişafında könüllülər fəaliyyətinin rolu” istiqaməti üzrə ixtisasartırma kursuna başlanılıb
28.06.2019 [09:57]
İyunun 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanın davamlı inklüziv inkişafında könüllülər fəaliyyətinin rolu” istiqaməti üzrə ixtisasartırma kursuna başlanılıb.
AZƏRTAC xəbər verir ki, ikigünlük kursda Azərbaycanın 25 şəhər və rayonundan dinləyicilər iştirak edirlər.
Kursun ilk məruzəçisi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov ölkəmizdə könüllülük hərəkatının mahiyyətindən, tarixindən, onun cəmiyyətdə xüsusiyyətlərindən danışıb, eləcə də könüllülər və Azərbaycanın gənclər siyasəti haqqında dinləyicilərə ətraflı məlumat verib. Vurğulayıb ki, Azərbaycanda könüllülük hərəkatının tarixi hələ Xürrəmilər dövründən başlayıb. Babək Azərbaycanı yadelli işğalçılardan qorumaq üçün xalqa müraciət edib və ətrafına toplaşan könüllülərlə torpaqlarımızın işğalına qarşı mübarizə aparıb. Müasir Azərbaycanda isə könüllülük sahəsində inkişaf məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Onun 1994-cü ildə dövlət çevrilişinə cəhd zamanı xalqa müraciət etməsi müasir dövrümüzdə könüllülük hərəkatının nadir nümunəsidir. O zaman xalqa müraciət edildikdən 1-2 saat sonra Prezident Administrasiyasının qarşısına 100 minlərlə insan toplaşmışdı. Könüllülük Azərbaycan xalqının xüsusiyyətindən, qəlbindən irəli gəlir.
Professor Əli Həsənov, həmçinin Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar təşəbbüslərə də toxunub və bu layihələrin təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də reallaşdırıldığını bildirib.
Sonra Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov dinləyicilər qarşısında “Dövlət idarəçiliyində yeni texnologiyalar: Azərbaycan Respublikasının innovativ təcrübəsi beynəlxalq təşkilatların sənədlərində” adlı məruzə ilə çıxış edib, könüllülük hərəkatının Azərbaycanda rolundan danışıb. Qeyd olunub ki, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyrə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqaməti hesab olunur.
Daha sonra Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyevanın “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin baş məsləhətçisi İrfan Davudovun “Azərbaycanda gənclər siyasətinin əsas istiqamətləri” mövzularında məruzələri dinlənilib.
Kurs iyunun 28-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

