Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər
22.06.2019 [09:29]
İyunun 21-də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində magistratura səviyyəsi üzrə dissertasiya işlərinin müdafiəsi keçirilib. Magistrantlara uğurlar arzulayan müdafiə şurasının sədri, tanınmış jurnalist, Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının prezidenti, Dünya Xəbər Agentlikləri Konqresi Bürosunun üzvü Aslan Aslanov magistrantların uğurlu işlər ərsəyə gətirdiyini xüsusi vurğulayıb. Müdafiə şurasının sədri deyib: “Çox istərdim ki, jurnalistika fakültəsinin yuxarı kurs tələbələri universitet auditoriyalarında qazandıqları nəzəri bilikləri ölkənin aparıcı KİV-lərində əməli təcrübə ilə daha da möhkəmləndirsinlər. Gələcəyin jurnalistləri daha çox dil bilməli, arxivlərdə işləməyi bacarmalı, müasir informasiya texnologiyalarından daha mükəmməl istifadə vərdişlərinə yiyələnməlidirlər. Bunlara isə mətbu qurumlarda intensiv təcrübə yolu ilə yiyələnmək mümkündür”.
İdarə Heyətinin sədri AZƏRTAC ilə BDU-nun jurnalistika fakültəsi arasında müqavilə bağlanmasını təklif edib. Belə ki, fakültənin 10-15 bakalavr və magistrantı Agentlikdə uzunmüddətli istehsalat təcrübəsi keçər, redaksiyaların iş prinsipi ilə tanış olar, xəbər istehsalı prosesində iştirak edər və biz özünü doğruldan məzunları işə götürə bilərik. A.Aslanov məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra 7 magistrant “XX əsrin əvvəllərində Azərbaycanda çıxan bir mətbu orqanın transliterasiyası”, “Kaspi” - müasir mətbuatın müstəqil qəzet modeli kimi”, “Bədii publisistika sənədlilik və müəllif təxəyyülü kontekstində”, “Azərbaycan satirik jurnalistikasında xalq yaradıcılığından istifadənin forma və metodları”, “Müasir mətbuatda vətənpərvərlik mövzuları”, “Dövlətçiliyin və milli maraqların qorunmasında medianın rolu”, “Azərbaycan publisistikasında müstəqillik ideyaları (“Odlar Yurdu” və “Yeni fikir” qəzetlərinin materialları əsasında. 1988-1991)” mövzularında dissertasiya işlərini müdafiə edib. Onlar dissertasiya işləri ilə bağlı sualları cavablandırdıqdan sonra opponent rəyləri dinlənilib.
Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu magistrantların dissertasiya işlərinin müdafiəsində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun iştirakını, təklif və tövsiyələrini yüksək qiymətləndirib, müdafiəyə buraxılan işlər haqqında müsbət fikirlərini söyləyib.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

