BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində “ASAN Beynəlxalq Assosiasiyası təsis olunacaq
21.06.2019 [09:51]
İyunun 24-dən 26-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu keçiriləcək. Forum dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iyunun 20-də keçirilən mətbuat konfransında deyib.
Forumun təşkilati məsələləri ilə əlaqədar məlumat verən agentliyin sədri 2003-cü ildən etibarən keçirilən tədbirin məqsədinin dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual olan məsələlər üzrə müzakirələrin aparılması, habelə bu istiqamətdə qabaqcıl təcrübələrin mübadiləsi olduğunu deyib: “Forumun Azərbaycanda keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görülməsidir. Forumda BMT-yə üzv ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirlərinin, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxslərinin, ümumilikdə 500-ə yaxın nümayəndənin iştirakı gözlənilir. Forum çərçivəsində qonaqlara “MyGov”, “Asan İmza”, “ASAN Viza”, “ASAN ödəniş” , “ABAD” barədə məlumat veriləcək, “ASAN xidmət” mərkəzlərini real şəkildə təqdim etmək imkanımız olacaq. Əminik ki, bu, “ASAN xidmət”in daha geniş arealda yayılmasına ciddi töhfə olacaq. Forum çərçivəsində dövlət xidmətləri göstərən qurumların “ASAN Beynəlxalq Assosiasiyası” təsis olunacaq. Assosiasiyanın yaradılmasında əsas məqsəd “ASAN xidmət” standartları əsasında təcrübə mübadiləsi aparmaq, ekspertlər şurasını yaratmaq, onlar vasitəsilə ayrı-ayrı ölkələrdə dövlət xidmətlərini qiymətləndirmək, bu ölkələrin uğurlu həllərinin digər ölkələrdə tətbiqinə nail olmaqdır. Bu assosiasiya Azərbaycan təşəbbüsü ilə yaradılacaq. İlk olaraq 8 ölkənin birgə təşəbbüsü ilə protokol imzalanacaq. Belə ki, Monteneqro, İndoneziya, Mərakeş, Əfqanıstan, Uqanda, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri ilkin təsisçilər qismində assosiasiyaya qoşulacaqlar. Lakin ölkələrin sayı arta da bilər, çünki müraciətlər var və baxılır”.
Ü.Mehdiyev bildirib ki, tədbir müxtəlif plenar sessiyalar, seminar və paralel tədbirlərdən ibarət olacaq. Eyni zamanda, 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qaliblərinin təltif olunması, agentlik ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır: “Forum zamanı, həmçinin “Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi”, “Dövlət sektorunda əlaqələndirilmiş yanaşmaların təmin olunması”, “Effektiv və məsuliyyətli dövlət qurumlarının inkişafı”, “Dayanıqlı İnkişaf Məqsədləri üçün Rəqəmsal Transformasiyaya keçid”, “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender əsaslı dövlət xidmətlərinin təşviqi” kateqoriyaları üzrə 11 ölkənin - Avstriya, Avstraliya, Argentina, Braziliya, Koreya Respublikası, İndoneziya, Portuqaliya, Çili, Tailand, Kosta-Rika, Keniyanın mükafatlandırılması mərasimi olacaq. Bununla yanaşı, forum çərçivəsində Türkiyə ilə ikitərəfli sazişlər imzalanacaq”.
Agentliyin sədri Ermənistanın Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunda iştirak etməyəcəyini də diqqətə çatdırıb.BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində “ASAN Beynəlxalq Assosiasiyası təsis olunacaq

Agentliyin sədri Ermənistanın Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunda iştirak etməyəcəyini də diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50