Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
19.06.2019 [09:30]
Milli Onkologiya Mərkəzində (MOM) 15 iyun - Milli Qurtuluş Günü, həmçinin MOM-un nəzdində yaradılmış İnvaziv Diaqnostika və Müalicə Şöbəsinin 5 illiyinə həsr olunmuş “İnvaziv diaqnostika və müalicə: bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə yerli həkimlərlə yanaşı, Türkiyə və Rusiyadan dəvət olunmuş tibb mütəxəssisləri - Türkiyənin Koç Universiteti Xəstəxanasının professoru Çil Barbaros Erhan, dosent Aslan Fatih, Rusiyanın N.N.Petrov adına Milli Onkoloji Tibbi Tədqiqat Mərkəzinin Endoskopiya şöbəsinin rəhbəri Oleq Tkaçenko bu sahədə ən son elmi və praktiki təcrübələrini bölüşüblər. Konfransda həkim və mütəxəssislərlə tibbin bu sahəsinin ən aktual məsələləri müzakirə olunub və cərrahi əməliyyat otaqlarından bir sıra əməliyyatlar da birbaşa yayımlanıb.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb.
Konfransı açan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyev MOM-un baş direktoru, akademik Cəmil Əliyevin salamlarını çatdırıb. O, onkologiya elminin müasir dövrdə inkişafı və tədbirin əsas məqsədi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, konfransın əsas məqsədi tədbir iştirakçılarına inkişafda olan Azərbaycan səhiyyəsinin uğurlarından bəhs etmək, Milli Onkologiya Mərkəzinin İnvaziv Diaqnostika və Müalicə Şöbəsində icra olunan diaqnostik yeniliklər, invaziv müdaxilələr barədə məlumat verməkdir.
Konfransda Ruslan Məmmədovun “Endoskopik ultrasəs müayinəsinin günümüzdə aktuallığı”, Gülüstan Babayevanın “Xroniki pankreatitlərin diaqnostikasında yeniliklər”, Aslan Fatihin “Advanced Endoscopy- ESD, STER, POEM, POET”, Çil Barbaros Erhanın “Hepatosellular karsinomada transarterial lokoregional müalicələr”, Oleq Tkaçenkonun “Submukozal tunel endoskopik rezeksiya, anastomoz çatışmazlığı zamanı endoskopik yanaşma”, Eldar Quliyevin “MOM-da qaraciyər törəmələrində invaziv müalicə taktikaları”, Cavid Əhmədovun “Qastrik varikoz genişlənmələrdə invaziv radiologiyanın yeri”, Ruslan Əliyevin “Uşaqlıq qanaxmalarında invaziv müdaxilələrin rolu”, Fərid Quliyevin “MOM-da icra olunan invaziv endoskopik müalicə üsulları”, “Elgün Həziyevin “Onkoloji xəstələrdə kreatinin yüksəlməsinə yanaşma” mövzularında məruzələri dinlənilib və müzakirələr aparılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçib və 8 kredit vahidi verilib. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 12:16
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52

