CASCFEN-in Suraxanı rayonunda keçirdiyi seminar da maraqlı müzakirələrlə yadda qaldı
10.06.2019 [10:06]
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" mövzusunda layihə çərçivəsində yerlərdə seminarların keçirilməsi davam edir. Bu silsilədən növbəti seminar iyunun 4-də Bakı şəhər Suraxanı rayonu 279 nömrəli orta məktəbdə keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin məsləhətçisi Orxan Əlixanlı, KİV təmsilçilərinin, müəllimlər və digər qonaqların iştirak etdiyi tədbiri giriş sözü ilə açan məktəbin direktoru Südabə Abdullayeva bu cür seminarların keçirilməsinin əhəmiyyətli olduğunu deyib.
Tədbirdə çıxış edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri Nadir İsmayılov öncə layihənin reallaşdırılmasına verilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edib. Nadir İsmayılov 2019-cu ilin may-avqust aylarını əhatə edən layihənin məqsədinin orta təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə, orta məktəb rəhbərlərinin və müəllimlərinin KİV haqqında qanunvericiliklə daha yaxından tanış olmasına, KİV-lə iş barədə bilik və bacarıqlarının artırılmasına, KİV-lə əməkdaşlıq mühitinin yaradılmasına yardım göstərməkdən ibarət olduğunu qeyd edib.
Sonra söz ekspertlərə verilib. "Media ilə iş bacarıqları" mövzusunda hazırladığı geniş təqdimatla çıxış edən filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Nüşabə Hüseynli müasir dünyamızda hər bir kəsin həyat və fəaliyyətinin media üçün materiala, mövzu və müzakirə obyektinə çevrildiyini deyib.
Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, tanınmış jurnalist Seymur Verdizadə isə "İnformasiya açıqlığının təmin edilməsi" mövzusunda təqdimatını iştirakçıların diqqətinə çatdırıb. Medianın bugünkü mənzərəsinə qısaca tərif verən S.Verdizadə bildirib ki, faktların, hadisələrin təhrif edilməməsi, həqiqətin olduğu kimi təqdim olunması, şəffaflığın təminatı məqsədilə media ilə iş qurmaq, əməkdaşlıq etmək artıq günün tələbi sayılır.
Tədbirdə çıxış edən BŞTİ-nin sektor müdiri Bəşarət Məmmədov təhsil sektorunda həyata keçirilən islahatlar, ictimaiyyətlə əlaqə işinin daha səmərəli təşkili, vahid informasiya mübadiləsinin təmin olunması, məktəblərin fəaliyyətinin ictimaiyyətə təqdim olunmasındakı açıqlıq və media ilə iş sahəsində atılan addımlarla bağlı ətraflı məlumat verib. Həmçinin sektor müdiri təmsil etdiyi qurumun məktəb rəhbərləri üçün seminar və treninqlər keçirdiyini, KİV nümayəndələrinin təhsil müəssisələrinə pressturlarının təşkil edildiyini də diqqətə çatdırıb.
Sonra hər iki mövzu üzrə səmərəli fikir mübadiləsi aparılıb. Maraqlı müzakirələrin aparıldığı tədbirin sonunda seminarın keçirilməsində yaxından dəstək olanlara diplomlar, iştirakçılara isə sertifikatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

