Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Minskdə səfərdə olub
04.06.2019 [09:51]
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti mayın 28-31-də Belarus Respublikasının Konstitusiya Məhkəməsinin 25 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün Belarus Respublikası Konstitusiya Məhkəməsinin sədri Pyotr Miklaşeviçin dəvəti ilə Minsk şəhərində səfərdə olub.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin açılışında Belarus Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Valeriy Mitskeviç ölkə Prezidenti Aleksandr Lukaşenkonun təbrik məktubunu səsləndirib.
Sonra giriş nitqi ilə Belarus Respublikası Konstitusiya Məhkəməsinin sədri Pyotr Miklaşeviç, Avropa Şurası Venesiya Komissiyası sədrinin birinci müavini H.Kyerulf-Torgeyrsdottir, “Yeni Demokratiya Konstitusiya Nəzarəti Orqanlarının Konfransı” adından Qazaxıstan Respublikası Konstitusiya Şurasının sədri Kayrat Mami, Avrasiya İqtisadi Birliyi Məhkəməsinin sədri Jolımbet Baişev çıxış ediblər.
Konfrans zamanı konstitusiya nəzarətinin inkişafı, Konstitusiya Məhkəməsinin qərarları hüquq mənbəyi kimi, konstitusiya ədalət mühakiməsində yeni yanaşmalar, Konstitusiya Məhkəməsinə müraciət etmənin üsulları və digər hüquqi məsələlər ətrafında çıxışlar edilib, müzakirələr aparılıb.
Sədr Fərhad Abdullayev konfransda “Konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə hüquqi müəyyənlik prinsipinin realizəsi” mövzusunda məruzə ilə çıxış edib.
Səfər zamanı Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko nümayəndə heyətlərinin rəhbərlərini öz iqamətgahında qəbul edib. Qəbul zamanı Belarus Respublikasının dövlət başçısı ölkədə həyata keçirilən hüquqi islahatlar, konstitusiya aliliyinin təmin edilməsinin, habelə vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquqlarının müdafiəsi məsələlərinə toxunub, Konstitusiya məhkəmələri arasında beynəlxalq məhkəmə-hüquq əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Səfər çərçivəsində bir sıra ölkələrin Konstitusiya Məhkəmələrinin sədrləri ilə görüşlər keçirilib, hüquqi məsələlər müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

