Azercell Bakıda futbol azarkeşlərini yüksəksürətli internetlə təmin edib
31.05.2019 [10:27]
* Azercell və Ericsson Bakı Olimpiya Stadionunda keçirilən final oyunu zamanı futbol azarkeşlərini üstün mobil şəbəkə ilə təmin etdi.
* Ericsson Radio Sistemi Azercell şəbəkəsininin tutumunu üçqat artırmaqla, azarkeşlərə video yayımı etmək və yüksək keyfiyyətli xidmətlərdən faydalanmaq imkanı yaratdı.
* Ericsson şəbəkənin tutumunu artıran və etibarlı bağlantını təmin edən unikal kompleks həll tətbiq etdi.
Azərbaycanın aparıcı mobil rabitə xidmətləri təminatçısı Azercell və Ericsson (NASDAQ: ERIC) ölkə paytaxtında yerləşən Bakı Olimpiya Stadionunda radio giriş şəbəkəsi(RAN) və transmissiya şəbəkəsini modernləşdirdi. Stadion çoxstandartlı Ericsson Radio Sistemi avadanlıqları, o cümlədən transmissiya və Elastik RAN funksionallığı ilə daha sıx təmin olundu. Ericsson-nun bu həlli 74 radio sektorundan ibarət geniş şəbəkəyə vahid baza stansiyası şəklində işləməyə, beləliklə də resursların idarə olunmasını optimallaşdırmağa və istifadəçi rahatlığını artırmağa imkan verdi.
Unikal Ericsson Radio Sistemi həlli Azercell-in genişzolaqlı mobil internet tutumunu üçqat artıraraq, azarkeşlərə oyunlar zamanı öz smartfonları vasitəsilə yüksək keyfiyyətli video yayımı aparmağa, interaktiv rabitə xidmətlərindən və sosial şəbəkələrdən faydalanmağa imkan yaratdı.
Azercell son illərdə mobil internet istifadəçilərinin davranışlarında əhəmiyyətli dəyişikliklərin baş verdiyini müşahidə edib. Belə ki, istifadəçilərin böyük qismi şəkil çəkdirməkdən daha çox video qeydləri aparmağa üstünlük verir. 2014-cü ildə Braziliyada keçirilən Dünya Çempionatı smartfon istifadəçilərinin daha çox öz şəkillərini paylaşdığı və tamaşaçıların 60 faizinin keçirilən oyunlarla bağlı şəkillər yüklədiyi “selfie” tədbiri olub.
* Ericsson-nun Elastic RAN (E-RAN) şəbəkəsi ilə sonsuz sayda telefon bütün şəbəkə üzrə koordinasiya edilir və istifadəçinin yerləşdiyi yerdən asılı olmayaraq şəbəkə əməliyyatlarının həyata keçirilməsi üçün çeviklik təmin olunur. Mobil şəbəkə daşıyıcılarının koordinasiyası və bir yerə cəmlənməsi internet sürətini və ümumilikdə şəbəkənin fəaliyyətini artırır. Məlumatları yollamaq üçün interfeyslər və E-RAN üçün lazım olan aşağı yubanma dərəcəsini təmin etmək üçün məlumat transmissiya həlli Ericsson Router 6000 məhsullarından istifadə etməklə hazırlandı. Stadion şəbəkəsi mərkəzləşdirilmiş RAN prinsipi əsasında və yüksək göstəricilərə malik və etibarlı DWDM əsaslı optik şəbəkə infrastrukturundan (Ericsson Fronthaul 6000 məhsulları əsasında) istifadə etməklə qurulub. Bu da öz növbəsində Azercell-ə etibarlı və bazarda ən yaxşı mobil yayım xidmətləri təqdim etməyə imkan verdi.
* Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev bildirib: “Bugün rabitə insanları, ölkələri və cəmiyyətləri bir-birinə daha da yaxın edir. Bu xüsusi hadisə zamanı bizim üçün bir nömrəli prioritet öz abunəçilərimizə, yerli və əcnəbi futbol azarkeşlərinə, qonaqlara oyundan zövq almaq, bu inanılmaz tədbir ilə bağlı yaşadıqları emosiyaları və təəssüratları paylaşmaqlarına imkan yaratmaq olub. Azercell adından mən bizim dəyərli tərəfdaş olan Ericsson şirkətinə məkanı ən son şəbəkə həlləri ilə təchiz etməyə imkan verən öz beynəlxalq təcrübələrini bizimlə bölüşdüklərinə görə təşəkkür edirəm”.
“Azercell ilə əməkdaşlıq etmək, azərbaycanlı və xarici futbol azarkeşlərinə Azərbaycanda keçirilən mötəbər tədbir üçün Ericsson-un innovativ Elastik RAN həllini tətbiq etmək bizim üçün xoş və sevindirici haldır”, - deyə Ericsson şirkətinin Azərbaycan ofisinin rəhbəri Arda Çetiner söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

