“91-lər hərəkatı”nın üzvü Ziya Paşa ömrünün 83-cü ilində vəfat edib
28.05.2019 [09:39]
“91-lər hərəkatı”nın üzvü Ziya İsgəndər oğlu Quliyev (Ziya Paşa) ömrünün 83-cü ilində vəfat edib. Ziya İsgəndər oğlu Quliyev 7 yanvar 1936-cı ildə Kəlbəcər rayonunda dünyaya gəlib. O, fəaliyyəti dövründə Ziya Paşa imzası ilə publisist-jurnalist kimi tanınıb, çoxsaylı məqalələri ilə mətbuat sahəsində özünü təsdiq edib.
Ziya Paşa ümummilli məsələlərdə daim öz prinsipiallığı ilə seçilirdi. Ziya Paşanı cəmiyyətə daha yaxından tanıdan amillərdən biri də onun 1990-cı illərin əvvəlində bir ziyalı olaraq ölkəmizin üzləşdiyi problemlərə görə narahatlıq keçirməsi və problemlərdən qurtulmaq üçün Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsi uğrunda aparılan mübarizəyə qoşulması idi. O zaman respublikamızın bir çox ziyalısı kimi, Ziya Paşa da ölkəmizin üzləşdiyi çətinliklərdən yeganə xilas yolunu Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsində görürdü. Müstəqilliyimizin ilk illərində ölkəmiz ağır durumda olarkən o, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib, 1992-ci ildə Ulu Öndər Heydər Əliyevə müraciət edən məşhur “91-lər”dən biri olub. Həmin vaxt Azərbaycanda vəziyyətin nə qədər təhlükəli olduğunu cəmiyyətin sağlam qüvvələri, ziyalılar yaxşı dərk edirdilər. Bu insanlar anlayırdılar ki, Azərbaycanı belə bir ağır vəziyyətdən xalqımızın ləyaqətli oğlu Heydər Əliyev kimi böyük dövlət xadimi, bütün dünyada tanınmış bir şəxsiyyət xilas edə bilər. Amma ozamankı hakimiyyət Ümummilli Lider Heydər Əliyevin təcrübəsindən nəinki bəhrələnmək istəmir, əksinə, Ona qarşı əsassız mübarizə aparırdı. Bütün bunlara rəğmən tanınmış ziyalılar Heydər Əliyevin hakimiyyətə qayıdışını olduqca zəruri hesab edirdilər.
Ulu Öndər Heydər Əliyev “91-lər”in müraciətinə müsbət cavab verdi və Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində hazırlıq işləri başladı. O zamanlar Yeni Azərbaycan Partiyasının yaradılması prosesinə hakimiyyət hər vəchlə mane olmağa çalışırdı və Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bu partiyanın yaradılmasında iştirak etmək istəyən insanlara hədə-qorxu gəlinir, onlar təzyiqlərə məruz qalırdılar. Amma Ziya Paşa belə təzyiqlərdən qorxmayaraq bu yolda əsl fədakarlıq nümunəsi göstərən insanlardan biri idi. Beləliklə, 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yarandı və qısa müddətdə ümumxalq partiyasına çevrildi.
Ziya Paşa həyat və fəaliyyəti dövründə hər zaman Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalmış, bu ideyaların təbliğində və həyata keçirilməsində fəal iştirak etmişdi. O, müxtəlif dövlət vəzifələrində çalışmaqla yanaşı, ömrünün sonuna qədər dövri mətbuatda publisist yazılarla çıxış edib, öz yaradıcı və ictimai fəaliyyətində daim Heydər Əliyev siyasətinin uğurlarını təbliğ edib.
Ziya Paşa onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
Xəbər lenti
Hamısına baxGündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35

