Ədliyyə Akademiyası Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hakimlər üçün təlim keçirib
21.05.2019 [09:47]
Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması çərçivəsində orta və kiçik sahibkarların maliyyə çıxışının asanlaşdırılması, daşınar və daşınmaz əmlakın gəlir gətirməsi və girov kimi istifadə edilməsi imkanlarının təhlili, bankların gəlir gətirmə prosesində iştirak edən daşınar əmlaka girov kimi etibarın yüksəldilməsi istiqamətində konkret tədbirlər görülür, qanunvericilik təkmilləşdirilir. Bu məqsədlə “Daşınar əmlakın yüklülüyü haqqında” 2017-ci il mayın 2-də Qanun qəbul edilib. Ötən ilin martından isə daşınar əmlakın yüklülüyü haqqında dövlət reyestri fəaliyyətə başlayıb.
Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və hüquqi maarifləndirmə məqsədilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı Nümayəndəliyi (IFC) və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birgə “Daşınar əmlakın yüklülüyü” mövzusunda silsilə təlimlər təşkil olunur.
Ədliyyə Akademiyasından AZƏRTAC-a bildiriblər ki, bu günlərdə keçirilmiş növbəti təlimin açılışında Akademiyanın rektor vəzifəsini icra edən Elçin Xələfov, IFC-nin layihə təmsilçisi Teymur Heybətov və Maliyyə Bazarlarına Nəzarət Palatası idarə heyətinin üzvü vəzifəsini icra edən Əfqan Baxışov çıxış edərək bildiriblər ki, təlimlərin keçirilməsində məqsəd daşınar əmlakın yüklülüyü sahəsində mübahisələrə baxacaq hakimlər tərəfindən yeni qanunvericilikdən və beynəlxalq təcrübədən irəli gələn məsələlərin öyrənilməsi, milli təlimçilərin hazırlanmasıdır.
Birinci instansiya məhkəmələri hakimlərinin cəlb olunduqları təlimdə IFC-nin və Palatanın nümayəndələri tərəfindən “Azərbaycanda maliyyə infrastrukturu sahəsində qanunvericilik və institusional islahatların qısa xülasəsi”, “Daşınar əmlakın yüklülüyü ilə tanışlıq”, “Daşınar əmlakın yüklülüyündə üstünlük qaydaları”, “Məhkəmə baxışı”, “Daşınar əmlakın yüklülüyünün yaranması (əqdlərin rəsmiləşdirilməsi)”, “Daşınar əmlakın yüklülüyündə yüklülük predmetinə tutma yönəldilməsi” mövzularında mühazirələr tədris olunub, dinləyiciləri maraqlandıran suallar ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

