Milli Onkologiya Mərkəzi mütəxəssislərinin iştirakı ilə “Rostov-Bakı” telekonfransı keçirilib
16.05.2019 [09:29]
Mayın 15-də Rusiyanın Rostov şəhərində antibakterial terapiya və kliniki mikrobiologiya üzrə Rusiya-Azərbaycan elmi-praktik konfransı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək konfrans Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “Rostov Onkoloji Elmi Tədqiqat İnstitutu” Federal Dövlət Büdcə Təşkilatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və Rostov vilayətinin Səhiyyə Nazirliyi tərəfindən təşkil olunub.
Konfransda Rusiya, Azərbaycan və Almaniyanın aparıcı mütəxəssislərinin antibakterial terapiya və klinik mikrobiologiya mövzusunda təqdimatları dinlənilib müzakirə ediləcək. Tədbir çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin mütəxəssislərinin onlayn iştirakı ilə “Rostov-Bakı” telekonfransı keçirilib.
Tədbirdə əsasən “Onkologiyada infeksiya ağırlaşmaları və onların həlli yolları”, “Sepsisin intensiv müalicəsi”, “Həyati təhlükəli infeksiyalar: diaqnostika və müalicənin müasir aspektləri”, “Antibakterial müalicənin nəzarət strategiyası (AMNS): antibiotikə davamlılığa nəzarət” və digər mövzularda məruzə və çıxışlar dinləniləcək.
Konfransın proqramına iki elmi-praktik seminar da daxildir. Seminarlar “Mikrobioloji diaqnostikanın yeni xüsusiyyətləri” və “Mikrobioloji laboratoriya avadanlıqlarının müasir səviyyəsi: tədqiqat və təcrübə” proqramları üzrə Rostov, Pyatiqorsk, Novosibirsk və Moskva şəhərlərinin mütəxəssisləri tərəfindən aparılacaq.
Elmi-praktik konfransda 500-ə yaxın bakterioloq-mikrobioloq, bioloq, onkoloq, anestezioloq-reanimatoloq, infeksion xəstəliklər mütəxəssisi, klinik farmakoloq, əczaçı, akuşer-ginekoloq, kardioloq, neonatoloqlar, otorinolarinqoloq, molekulyar genetika sahəsinin mütəxəssisi, klinik və fundamental onkologiya sahəsində tədqiqatçılar və digər tibbi ixtisas mənsubları iştirak edirlər.
Tədbir Rusiya Federasiyası və Azərbaycan Respublikası Səhiyyə Nazirlikləri tərəfindən akkreditasiya edilib. Konfransın sonunda iştirakçı mütəxəssislərə beynəlxalq sertifikatlar təqdim olunacaq.
Konfrans öz işini mayın 16-da başa çatdıracaq.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

