Azərbaycanda I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
15.05.2019 [09:42]
32 min 173 abituriyentdən 27 min 225 nəfəri I qrup, 4948 nəfəri isə IV qrup üzrə imtahan verib
Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. Məlumat üçün bildirək ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 59 binada aparılıb. İmtahanların idarə olunmasına 235 imtahan rəhbəri və 2562 nəzarətçi-müəllim cəlb olunub. Saat 11:00-da başlanan imtahan 3 saat davam edib.
İlk imtahanda iştirak edən 32 min 173 abituriyentdən 27 min 225 nəfəri I qrup üzrə, 4948 nəfəri isə IV qrup üzrə sualları cavablandırıb. Xatırladaq ki, imtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədilə I qrupda riyaziyyat, fizika və kimya fənləri, IV qrupda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Ənənəyə sadiq qalaraq bu il də imtahanın gedişatını izlədik. “Yeni Azərbaycan” qəzeti olaraq Bakı Dövlət Universitetinə yollandıq. İmtahan başladı və abituriyentlər imtahan verəcəkləri binaya daxil oldular. DİM-dən qeydiyyatdan keçmiş digər KİV nümayəndələri ilə birlikdə imtahan zallarına baxış keçirdik və gedişatı izləmək imkanı əldə etdik.
Yeri gəlmişkən, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi abituriyentlər gecikdikləri və tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmadılar. Bundan əlavə, imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olundu və nəticələri ləğv edildi.
“Övladlarımın 11 illik zəhmətlərinin bəhrəsini gözləyirəm”
Abituriyentlər qədər onları imtahan binası qarşısında səbirsizliklə gözləyən valideynlərin və yaxınlarının da həyəcanı görülməyə dəyərdi. Körpədən tutmuş ağbirçəyə qədər hər kəs öz yaxınlarının imtahan həyəcanını birlikdə yaşayırdı, desək yanılmarıq. Abituriyentlər sualları cavablandırdıqları vaxt imtahan binasının qarşısında onları səbirsizliklə gözləyən valideyn və yaxınlarının prosesin gedişi və övladlarının imtahanlara hazırlığı ilə bağlı münasibətini öyrəndik. Qızı Arzunu imtahana gətirən Səadət Babayeva üçün bu imtahan ikiqat həyəcanlı keçib. Çünki Səadət xanımın digər övladı da eyni vaxtda başqa məktəbdə imtahan verirdi: “Bu gün iki övladımın da imtahanıdır. Qızımla imtahana mən, oğlumla isə atası getdi. Övladlarımın 11 illik zəhmətlərinin bəhrəsini gözləyirəm. İlboyu, demək olar ki, mən də onlarla birgə bəzən səhərə qədər oyaq qalmışam. Sınaqlardan həmişə yüksək bal toplayıblar. Ümid edirəm ki, nəticə uğurlu olacaq və üzümüzü güldürəcəklər”.
Xatırladaq ki, qəbul imtahanı keçirilən binanın qarşısında abituriyentlərə və onların yaxınlarına təcili tibbi yardım göstərilməsi üçün ambulans və tibb işçiləri cəlb olunmuşdu.
Nəhayət, imtahanın başlamasından 2 saat keçdikdən sonra abituriyentlər az-az da olsa, binadan ayrılırdılar. Kimisi sevincək, kimisi də göz yaşları ilə valideynlərinə doğru qaçırdılar. İlk binanı tərk edən isə I ixtisas qrupu üzrə imtahan verən Siruz Cəfərzadə oldu. İmtahandan olduqca razı ayrılan Siruz sevincini bizimlə də bölüşdü: “İmtahan normal keçdi. İki ildir ki, imtahanlara hazırlaşıram. Sınaqlardan da yüksək bal toplamışam. İmtahan zamanı həyəcanlanıb özümü itirərəm deyə narahat olsam da, sual kitabçasına baxdıqdan sonra bütün qorxularım yox oldu. Yüksək nəticə əldə edəcəyimə inanıram”.
Siruzdan fərqli olaraq, Dilarə Hüseynova sualların, xüsusilə də riyaziyyat fənni üzrə sualların çətinliyini dilə gətirdi: “Şəffaf şəkildə keçirilən qəbul imtahanında heç bir qayda pozuntusuna yol verilmədən imtahanı başa vurduq. I ixtisas qrupu üzrə imtahan verdim. Riyaziyyatdan suallar ötən illə müqayisədə çətin idi. İlk növbədə bildiyim sualları cavablandırmağa çalışdım. Bu imtahanın nəticələri yüksək olmazsa, növbəti imtahanda bir daha şansımı sınamağı düşünürəm”.
Məlumat üçün bildirək ki, mayın 13-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqələri və kartlarının emalı aparılacaq. Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın iki həftə ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, II və III ixtisas qrupları üzrə qəbul imtahanı mayın 19-da keçiriləcək.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03

