“Gənclər kuboku: Aprel zəfəri” layihəsinin final mərhələsi Ağdamda keçirilib
13.05.2019 [14:40]
“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Gənclər kuboku: Aprel zəfəri” layihəsi başa çatıb. Layihənin bağlanış mərasimi Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, “İrəli” komandası, üzvləri və layihə iştirakçıları Ağdam rayonunun girişindəki “Şəhidlər” abidəsinin önünə gül dəstələri qoyub, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Sonra Ağdam Olimpiya İdman Kompleksində “Gənclər kuboku: Aprel zəfəri” layihəsinin final mərhələsi keçirilib. Final oyunları yekunlaşdıqdan sonra “İrəli” komandası və layihə iştirakçıları Ağdam rayonu ərazisindəki N saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüblər.
Ağdam rayon Mədəniyyət Evində keçirilən “Gənclər kuboku: Aprel zəfəri” layihəsinin bağlanış mərasimində “İrəli” İctimai Birliyinin, Gənclər Fondunun, Ağdam Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri iştirak edib. Tədbir Azərbaycanın Dövlət himinin oxunması ilə başlanıb. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra layihənin gedişi ilə bağlı film nümayiş olunub.
“Gənclər kuboku: Aprel zəfəri” layihəsinin koordinatoru İlqar Axundov layihə haqqında məlumat verib. Bildirib ki, “Gənclər kuboku: Aprel zəfəri” layihəsi çərçivəsində idmanın 7 növü - futbol, voleybol, peyntbol, səmti müəyyənetmə, atıcılıq, velosiped, atletika üzrə yarışlar keçirilib. Layihədə iştirak üçün müraciət etmiş üç minə yaxın gəncin arasından seçilən min nəfərin qatıldığı yarışlar 1/8, 1/4, yarımfinal və final mərhələsindən ibarət olub. Layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2 maddəsinə uyğun olaraq reallaşdırılıb.
“Gənclər kuboku: Aprel zəfəri” layihəsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanması, sağlam gənclərin inkişafına töhfə vermək, beynəlxalq arenada ölkəmizi təmsil etmək üçün gənclərin yetişdirilməsidir. Layihə Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli, qürur tariximiz olan Aprel döyüşlərinə həsr olunub.
Mərasimdə çıxış edən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov ölkəmizdə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərdən danışıb. “Torpaqlarımızın işğal altında olduğu bu dövrdə Azərbaycan gənci milli ruhu yüksək tutmalı, sağlam olmalıdır. Bu gün qarşımızda duran ən ali vəzifələrdən biri gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişməsidir”, - deyə sədr bildirib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycan Ordusunun 2016-cı ilin aprelində baş verən dördgünlük müharibədə əldə etdiyi parlaq qələbəyə həsr olunmuş turnirin keçirilməsini gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsinə xidmət etdiyini deyib, milli ruhda yetişən gənc nəslin torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağına əminliyini ifadə edib.
Tədbirin sonunda “Gənclər kuboku: Aprel zəfəri” layihəsinə daxil olan idman növləri üzrə qalib gələn komandaların nümayəndələri kubok, medal və müxtəlif dərəcəli diplomlar, qiymətli hədiyyələrlə təltif olunublar.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

