Binəqədidə “Xalqa bəxş edilmiş ömür” adlı tədbir keçirilib
08.05.2019 [09:31]
Binəqədi rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə rayon təşkilatında “Xalqa bəxş edilmiş ömür” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binasının önündə ucaldılmış abidəsi önünə qızılgül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Ulu Öndər Heydər Əliyev və son 16 ildə Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tarix yaradan şəxsiyyətlərdir. Ümummilli Liderin şah əsəri olan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin təkmil islahatları ilə ən yüksək zirvələri fəth edir.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndərin məqsədyönlü siyasəti və əzmkar fəaliyyəti nəticəsində Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sisteminin formalaşmasına nail olunub. Hikmət Babaoğlu, həmçinin onu da qeyd edib ki, müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı, məhz Ulu Öndərin adı ilə bağlıdır.
Tədbirdə çıxış edən “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixinə, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qürur duya biləcəyi uğurları yazıb. Bu gün ölkəmiz həmin təməl üzərində daha da möhkəmlənir, qüdrətlənir, yeni-yeni hədəflərə doğru inamla addımlayır.
Tədbirdə çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, Azərbaycanın qazandığı böyük uğurlar, məhz Ulu Öndər Heydər Əliyev dühasının bəhrəsidir: “Hər birimiz bugünkü firavan həyat və xoş gələcəyimiz üçün əbədiyaşar Ulu Öndərə borcluyuq. Ölkə həyatının bütün sahələrində nail olunan uğurlar böyük siyasi xadim Heydər Əliyevin adı, yüz illərə hesablanmış ideyaları ilə bağlıdır”.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında bildirib ki, tarixdə şəxsiyyət amili xalqların, dövlətlərin inkişafında əhəmiyyətli rol oynayır: “Hər bir xalq lideri ilə tanınır. Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən, bugünkü uğurlarımız üçün möhkəm baza yaradan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarxində böyük rolu vardır. Onun hər addımı ölkəmizin inkişaf tarixinə biri-birindən əhəmiyyətli uğur səhifələrini yazıb”.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilmiş bir qrup şəxsə üzvlük vəsiqəsi təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39

