/ / Şəki-Zaqatala bölgəsində onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə profilaktik tibbi müayinələr aparılır
Şəki-Zaqatala bölgəsində onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə profilaktik tibbi müayinələr aparılır
04.05.2019 [10:11]
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə ölkənin şimal-qərb bölgəsində əhali arasında skrininq proqramına uyğun olaraq aprelin 26-dan ödənişsiz profilaktik tibbi müayinələr aparılır.
AZƏRTAC xəbər verir ki, Milli Onkologiya Mərkəzinin aparıcı həkim və mütəxəssislərinin cəlb edildiyi tədbirin əsas məqsədi şişönü və şiş xəstəliklərini erkən müayinə vasitəsilə aşkar edərək, vaxtında müalicəsini aparmaqdır. Bu məqsədlə bölgəyə Bakı şəhərindən səyyar mammoqrafiya, ultrasəs və rentgen müayinəsi avadanlıqları gətirilib.
Skrininq proqramı çərçivəsində MOM-un səyyar həkim briqadaları aprelin 26-27-də Balakən rayonunda, aprelin 28-29-da Zaqatala şəhərində, 30 aprel-1 may tarixində isə Qax rayonunda olublar. Bu müddət ərzində böyük növbələrlə müşahidə edilən tədbir zamanı, ümumilikdə, 2842 nəfər onkoloji müayinədən keçib, onlardan 49-da şiş xəstəliyinə şübhə simptomları aşkarlanıb.
Mayın 3-də Şəki Şəhər Mərkəzi Xəstəxanasında onkoloji xəstəliklər müəyyən edilmiş xəstələr üzərində Milli Onkologiya Mərkəzinin əməkdaşları tərəfindən onkoloji əməliyyatlar aparılıb.
Bu gün Şəkidə Heydər Əliyev Mərkəzində “Bədxassəli şişlərin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçiriləcək. Konfransın proqramına uyğun olaraq, MOM-un bölgədə səyyar müayinələrdə olan tibb heyəti yerli həkimlərə və mütəxəssislərə ən yeni tibbi protokollar və müalicə üsulları barədə geniş məlumatlar verəcəklər. Konfransın proqramında Şəki, Ucar, Göyçay, Ağdaş, Mingəçevir, İsmayıllı, Yevlax, Qəbələ, Oğuz, Zaqatala, Balakən rayonlarında çalışan yerli tibb nümayəndələri ilə MOM əməkdaşlarının onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi ilə bağlı geniş fikir mübadiləsinin və diskussiyaların aparılması da nəzərdə tutulur.
Şəki-Zaqatala bölgəsində əhali arasında skrininq proqramı davam edir.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53

