Azərbaycanlı tələbələr Novosibirskdə ölkəmizi layiqli şəkildə təmsil ediblər
03.05.2019 [11:37]
Bu günlərdə Rusiya Federasiyasının Novosibirsk şəhərindəki Novosibirsk Dövlət Universitetində (NDU) ənənəvi "İnternedelya" ("İnterhəftə") Beynəlxalq Tələbə Gənclər Forumu keçirilib. Forumun budəfəki proqramı bir çox yeniliklərlə yadda qalıb. Belə ki, forum bu dəfə "April tea" dünya ölkələrinin çay dəstgahı mərasimi və "Səslərin kainatı: Rusiyadan sevgi ilə" adlı konsertlə açıq elan edilib.
Forumda iştirak edənlər birinci gün Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrinin mətbəxindən olan nemətlərin, şirniyyatların və ətirli çayların dadına baxmaq imkanı qazanıblar. Eyni zamanda foruma qatılanlar Novosibirsk Dövlət Konservatoriyasının çoxmillətli kollektivinin ifasında məşhur rus klassik musiqilərini də dinləyiblər.
Forumun ikinci günü "GeoKviz" intellektual oyunu və dünyanın 16 ölkəsinin mədəniyyətləri ilə bağlı maraqlı faktlarla tanış olmaq imkanı verən "Interleague" adlı milli mədəniyyətlərin təqdimatı keçirilib. Novosibirsk Dövlət Universitetinin idman komandalarının iştirakı ilə təşkil edilən ənənəvi paradda – "İnteryürüş"də Azərbaycan, Çin, Rusiya, Koreya, İtaliya, Fransa, Zimbabve, Bolqarıstan, Tacikistan və digər ölkələrdən olan tələbə gənclər iştirak edib.
"Beynəlmiləl Arbat"da təşkil olunan milli şəhərciklərdə isə tələbələr Azərbaycan, Kolumbiya, İspaniya, Suriya, Fransa, Çin, Yaponiya, Böyük Britaniya, Qırğızıstan, Koreya, İran, İtaliya və Hindistanın milli geyim, əl işləri və mədəniyyət ənənələrini təqdim ediblər.
Qeyd etmək yerinə düşər ki, 28 ölkənin təmsilçilərinin iştirakı ilə keçirilən "İnternedelya" ("İnterhəftə") Beynəlxalq Tələbə Gənclər Forumunda Novosibirsk Dövlət Universitetində təhsil alan Azərbaycandan, habelə azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Borçalı mahalından olan tələbələr milli mətbəximizin nemətlərini, şirniyyatlarımızı, çaylarımızı, milli geyim və xalçaçılıq nümunələrini də sərgiləyərək, ölkəmizi layiqli şəkildə təmsil ediblər.
Forumun sonuncu günündə isə "Dünya rəqsləri" adlı rəqs marafonu, NDU-nun "Etno Party" adlı beynəlmiləl tələbə görüşü də keçirilib. Tədbirin iştirakçıları milli mədəniyyətləri barədə məlumat veriblər. Günün sonunda rəqqasların, müxtəlif istiqamətlər və janrlar üzrə vokal-akustik ifaçıların iştirakı ilə milli mədəniyyətlərin təqdim olunduğu böyük konsert baş tutub.
Xatırladaq ki, ilk dəfə 1966-cı ilin yazında NDU-da "Beynəlxalq proletariat həmrəyliyi" adı ilə fəaliyyətə başlayan, 1970-ci illərin sonundan etibarən "İnternedelya" Beynəlxalq Tələbə Gənclər Forumu adı altında keçirilən və hazırda dünyada ən böyük gənclər forumlarından birinə çevrilən "İnterhəftə"nin təşkilatçısı NDU-nun Təlimdənkənar və tərbiyəvi iş mərkəzidir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

