/ / İdris Cəzairi: Azərbaycan mədəniyyətlərarası və dinlərarası əlaqələr prosesində hərəkətverici qüvvəyə çevrilib
İdris Cəzairi: Azərbaycan mədəniyyətlərarası və dinlərarası əlaqələr prosesində hərəkətverici qüvvəyə çevrilib
02.05.2019 [09:47]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 1-də İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru İdris Cəzairi ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Dövlət Komitəsinin sədri qonağa Azərbaycandakı dinlərarası harmoniya və qarşılıqlı anlaşma şəraiti, həmçinin dövlətimizin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsi sahəsində həyata keçirdiyi siyasət haqqında məlumat verib.
Bildirib ki, ölkəmizdə dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir - birinin dini inancına və mənəvi dəyərlərinə dərin hörmət dayanır. Dövlətin konfessiyalara münasibətində də bərabərlik prinsipi mütləq mənada qorunur. Bu prinsipi ölkəmizdə qeydiyyatdan keçməklə fəaliyyət göstərən dini icmaların fəaliyyətinin dəstəklənməsi, onların ictimai həyatın bir parçası kimi cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlərin görülməsində aydın şəkildə müşahidə etmək olar. Azərbaycanda 925 dini icmanın qeydiyyatdan keçdiyini qeyd edən Komitə sədri onlardan 33-nün qeyri-İslam təmayüllü olduğunu söyləyib.
Mübariz Qurbanlı diqqətə çatdırıb ki, multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, dövlət maraqları, xalqın mənafeləri, həmçinin bəşəri dəyərləri əsas götürən praqmatik siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda tolerantlıq ənənələrinin güclənməsinə də öz həlledici töhfələrini verməkdədir.
Respublikamıza səfər etməsindən məmnunluğunu ifadə edən İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru İdris Cəzairi irqçi təmayüllərin, ksenofobiya və islamofobiyanın gücləndiyi bir dövrdə Azərbaycanın sərgilədiyi tolerantlıq modelini təqdir etdiyini qeyd edib. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizə səfər etdiyini bildirən qonaq mədəniyyətlərarası və dinlərarası əlaqələr prosesində özünəməxsus mövqeyi ilə seçilən Azərbaycanın bu prosesin hərəkətverici qüvvəsinə çevrildiyini deyib.
Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsinin aparıldığı görüşün sonunda nümayəndə heyətinin üzvlərinə Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28

