ABŞ nümayəndə heyətinə Azərbaycanın multikultural dəyərləri barədə məlumat verilib
02.05.2019 [09:47]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı mayın 1-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Komitənin mətbuat xidmətindən məlumat verilib.
Komitə sədri Mübariz Qurbanlı Azərbaycanın multikultural dəyərlərindən və çoxəsrlik tolerantlıq ənənələrindən, nümunəvi dövlət-din münasibətlərindən, DQİDK-nın fəaliyyətindən söz açıb. Bildirib ki, ölkəmizdə tarixboyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailə kimi yaşayıb və bu ənənə günümüzdə də yüksək şəkildə davam edir. O, bu sahədə cəmiyyətdə formalaşmış dözümlülük, tolerantlıq və multikultural ənənələrlə yanaşı, düşünülmüş dövlət siyasətinin də çox böyük rol oynadığını qeyd edib. Vurğulayıb ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, öz milli-mənəvi dəyərlərinə söykənən dövlətdir. Dövlət tərəfindən bu sahədə yaradılan bütün zəruri şərait və dəstək dünyaya örnək sayılacaq səviyyədədir. Dövlət müxtəlif konfessiyalara bərabər münasibət bəsləyir, azsaylı xalqların müxtəlifliklərinin qorunması istiqamətində öz qayğısını əsirgəmir və ən əsası, heç birini digərindən fərqləndirmir. Ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Azərbaycanda 14 kilsə, 7 sinaqoqun olduğunu diqqətə çatdıran Mübariz Qurbanlı bu dini ibadətgahların çoxunun dövlət vəsaiti hesabına inşa və bərpa edildiyini deyib.
Dünyada tolerantlığı, dinlərarası dialoqu dəstəkləyən və bu prosesdə fəal iştirak edən Azərbaycanın hazırda dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrildiyini diqqətə çatdıran Komitə sədri mayın 2-si və 3-də Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun fərqli etnik, mədəni, dini mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün nümunəvi platforma olduğunu qeyd edib.
Söhbət zamanı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti barədə danışan Mübariz Qurbanlı qonaqların dini radikalizmlə mübarizə, tolerantlıq mühitinin qorunması istiqamətindəki suallarını cavablandırıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Amerika filialının rəhbəri Janna Skot səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan cəmiyyətinə xas olan fərqli mədəniyyətlərə, dinlərə, dillərə ehtiram kimi humanist münasibətin dövlət tərəfindən inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyətin multikulturalizm fenomenini gerçək mahiyyətinə uyğun şəkildə aktuallaşdırdığını diqqətə çatdırıb.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfər edən nümayəndə heyətinin tərkibinə ABŞ-da fəaliyyət göstərən müxtəlif qurumların nümayəndələri, din xadimləri və nüfuzlu jurnalistlər daxildir.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

