“Azərbaycanda xristianlıq: keçmişdən bu günə” adlı kitab ingilis dilində nəşr olunub
02.05.2019 [09:28]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadənin “Azərbaycanda xristianlıq: keçmişdən bu günə” adlı kitabı ingilis dilində işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitabın ön sözünün müəllifləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən çap olunan kitabda xristianlığın və əsas xristian qollarının tarixi, inanc əsasları, ibadət şəkilləri barədə məlumat verilir. Bununla yanaşı, Azərbaycanda mövcud olan xristian konfessiyaların, dini cərəyan və icmaların etiqadi prinsipləri, onların ölkəmizdəki tarixi, sayı, etnik və yaş tərkibi, humanitar fəaliyyəti və mətbu orqanları haqqında ətraflı məlumat oxucuların diqqətinə çatdırılır. Müəllif ölkəmizdəki xristianlığın rəngarəng və çoxçalarlı tablosunu təsvir etməklə Azərbaycandakı multikultural mənzərəni canlandırır.
Kitabın mühüm əhəmiyyət kəsb edən fəsillərindən biri Alban Apostol Avtokefal Kilsəsi ilə bağlı olan hissədir. Bu fəsildə ermənilərin Qafqaz Albaniyası ilə bağlı əsassız iddialarına tutarlı cavab verilərək erməni yalanları ifşa olunur. Sözügedən tədqiqat əsərində ölkəmizin maddi-mədəni irsi olan Alban kilsələrinin bərpası, mühafizəsi, habelə Alban Həvari Kilsəsinin qədim dini ənənələrinin dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi mühüm tədbirlər barədə geniş məlumat verilməklə yanaşı, tarixi mənbələr əsasında xristian Alban məbədlərinin Azərbaycan xalqına məxsus olduğu sübuta yetirilir.
Kitab xristianlığın tədqiqatı ilə məşğul olan tarixçilər, dinşünaslar, bu mövzuya maraq göstərən KİV nümayəndələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

