“Nar” eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimlərinə başlayır
01.05.2019 [09:19]
“Nar” fiziki məhdudiyyətli insanlara dəstək və onların cəmiyyətə inteqrasiyası üçün korporativ sosial məsuliyyət (KSM) layihələrini davam etdirir. Mobil operator eşitmə məhdudiyyətli insanların müxtəlif ixtisaslara yiyələnməsi və onların işlə təmin olunması üçün növbəti “Təlim məktəbi” layihəsinə start verir. “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşacaq layihə çərçivəsində üç qrupdan ibarət olan vətəndaşlar üç aylıq peşə kurslarında təlim keçəcəklər. İştirakçılar aşpaz, şirniyyat ustası, motorçu və s. kimi ixtisaslara yiyələnəcəklər. Layihə təcrübəli mütəxəssislər tərəfindən aparılacaq.
Qeyd edək ki, “Nar” tərəfindən təşkil edilən “Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyəti olan insanların yeni bacarıqlar əldə etməklə cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır.
“Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundovun sözlərinə görə, mobil operator fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunması üçün uzun müddətdir ki, uğurlu layihələr icra edib: “Artıq 3 ildən çoxdur ki, eşitmə məhdudiyyətli insanlar üçün bu cür təlimlər təşkil etməklə, onların müxtəlif peşəyə yiyələnməsinə və iş bacarıqlarının artmasına töhfə veririk. Məqsəd fiziki məhdudiyyətli şəxslərə mənəvi dəstək göstərməklə yanaşı, onları cəmiyyətə inteqrasiya etməkdir. Layihə ilkin olaraq paytaxtda yaşayan eşitmə məhdudiyyətli insanları əhatə edəcək. Gələcəkdə isə bütün bölgələrdən olan eşitmə məhdudiyyəli şəxslər üçün peşə təlimlərinin keçirilməsini nəzərdə tuturuq”.
“Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov isə bildirib ki, eşitmə və danışma məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiya olunması istiqamətində mövcud olan problemlərin həlli cox vacibdir: “Əsas məqsədimiz bu insanların normal həyata qaytarılmasına, sosial və maddi, hüquqi, mülki və qanunvericiliklə bağlı problemlərinin həllinə kömək etməkdir. Eşitmə məhdudiyyətli insanlar müəyyən peşəyə yiyələnməklə həyatlarını maddi və mənəvi cəhətdən asanlaşdırır. “Təlim peşəsi” layihəsi eşitmə məhdudiyyətli insanların təhsil almasından sonra işlə təmin olunmasına yardım edəcək”.
“Nar”-ın korporativ sosial sosial məsuliyyət (KSM) strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

